Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb-VİDEO

Məhəmməd Əliyevin evindən marixuana aşkarlanıb
Ağcabədi rayonunda çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb. Bu barədə Siam-az.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarınıb keçirdikləri tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Məhəmməd Əliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qulluqla yetişdirilən çətənə bitkiləri və evindən marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Tarix: 28-09-2024, 21:34
Xəbəri paylaş





Xəbər lenti