İsrail “Hizbullah” liderini vurmaq üçün F-15-lərdən istifadə edib


“Hizbullah”ın Beyrutdakı yeraltı qərargahına F-15 qırıcılarından zərbələr endirilib.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qırıcılar İsrail Hərbi Hava Qüvvələrinin Hatserim bazasından buraxılıblar.
“IDF Galei” radiosu İsrail qırıcılarının Beyrutdakı “Hizbullah” qərargahına hər biri 1 ton ağırlığında olan 85 “bunker bombası” atdığını bildirib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri daha əvvəl bildirib ki, Nəsrullah sentyabrın 27-də Beyrutda İsrail hava qüvvələrinin hücumu nəticəsində öldürülüb. Ordunun saytında vurğulanır ki, bu əməliyyatın kod adı “Yeni Nizam” olub.
Tarix: Dünən, 21:42
Xəbəri paylaş





Xəbər lenti