"...AĞACLARI KƏSİB, YERİNDƏ OBYEKT TİKSİNLƏR"

"...AĞACLARI KƏSİB, YERİNDƏ OBYEKT TİKSİNLƏR" "Ağacların qırılmasını hansısa icra strukturlarının üzərinə yıxmaq düzgün deyil”.
Bunu Sherg.az-a Bakının Binəqədi rayonu ərazisində tikinti şirkəti tərəfindən ağacların kütləvi şəkildə kəsilməsinə münasibət bildirərkən "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli deyib.

O bildirib ki, qanunsuz şəkildə hansısa şirkət tərəfindən ağacların kəsilməsi özbaşınalığın əlamətidir:


"Ağacları məhv edənlərə qarşı ciddi ölçü götürülməlidir. İlk növbədə şirkət sahibinin üzərinə getmək lazımdır. Nəzarətin bir qədər az olmasından sui-istifadə edirlər. Bütün vasitələrə əl atırlar ki, ağacları kəsib, yerində obyekt inşa etsinlər. Ciddi ölçü götürməyin vaxtı gəlib çatıb. Rəsmi qaydada, qanun çərçivəsində, istər mülki məcəllədə, istərsə də cinayət məcəlləsində bununla bağlı tədbirlər görülməlidir. Prosesləri nəzarətdə saxlamaq üçün bunlara artıq zərurət yaranıb. Bakının müxtəlif ərazilərində belə hadisələr baş verir. Ağacların kim tərəfindən kəsildiyini, bu proseslərin necə həyata keçirilməsinə dair həm icra, həm digər strukturlarda mlumatlar var. Ona görə də, ciddi addımlar atılsın ki, problem kökündən həll olunsun. Qanunvericilikdə dəyişikliyin edilməsi, cəzaların verilməsi və ya cərimələrin artırılması güman edirəm ki, nisbətən qayda-qanun yarada bilər”.

Qeyd edək ki, problemə görə sakinlərlə qarşıdurma yaranıb. Paytaxt sakini Tural Yusibov bildirib ki, artıq Binəqədi rayonu Mir Cəlal Paşayev küçəsində yerləşən parkda ağaclar kəsilib, tikinti işləri aparılır.

Aysel Aslan
Tarix: 25-04-2017, 09:43
Xəbəri paylaş





Xəbər lenti