Mürtəza Bünyadlı yazır:"BİZ HARA GEDİRİK?..

Mürtəza Bünyadlı yazır:"BİZ HARA GEDİRİK?.. Son günlərdə orta çinli bir məmurun övladına 400 min dollarlıq toy etməsi, istərsə də əyalətdə bir sahibkarın itinə toy çalıdırması sosial şəbəkələri və medianın gündəmini zəbt edən əsas müzakirə predmetinə çevrildi.
Mürtəza Bünyadlı yazır:"BİZ HARA GEDİRİK?..
Nə qədər istəsəm də, özümü bunlardan kənarda saxlayım, amma mümkün olmadı. Düzdür, kimsə deyər ki, axı, biri ikinci dəfə ailə qurur və ya biri itinə toy çaldırıb, sağlıq deyir, yaxud, kiminsə səxsiyyətini alçaldır, bu, onun şəxsi işidr. Bəli, mən də, o, düşüncədəyəm. Bir insan on dəfə ərə gedə və ya 15 dəfə özünə toy çaldıra bilər. Buna kimsə qarışa bilməz… Və itinə toy çaldıran da durub deyər (elə deyir də) ki, kimin nə işinə qalıb?! Pul mənimdir, özüm bilərəm… Axı, burada nə qəbahət var ki?!… Kişi düz deyir də… Kişi itinə toy da edər, hələ bir o yana da keçər… Küçədə acından ölən qonşumun, yaxın, qohumun mənə nə dəxli var?! Canı çıxsın, getsin mənim kimi işləyib, qazansın?! O da inəklərinə toy çaldırsın?! Bir söz desəm, “it oğluyam?!”
Mürtəza Bünyadlı yazır:"BİZ HARA GEDİRİK?..
Bax, burada haqlı deyib, kimsə itinə, pişiyinə və ya atına da toy edir. Bu da onun öz işidir. Şəxsin imkanı var, özü bilər… Zəhmət çəkib pul qazanıb, hara, necə istəyər elə də, xərcləyər… Axı, biz dünyəvi, hüquqi və açıq cəmiyyətdə yaşayırıq… Kimsə kimsənin şəxsi işinə müdaxilə edə bilməz. Bu, ən azından mənəvi cəhətdən düz deyil… Mən də razıyam bu səslənən və səslənməyən fikilərlərlə… Bəlkə hansısa Avropa ölkəsində bundan da təmtəraqlı toylar edirlər. Sosial şəbəkə və mediada bununla bağlı məlumatlar yer alsa da, cəmiyyətdə ikrah hissi oyadacaq hala və ya məsxərəyə çevrilmir. Bunun da səbəbi var… Çünki cəmiyyətdə azacıq da olsa, sosial ədalətin mövcudluğu, insanların yaşam tərzi və cəmiyyətdəki ab-havadır.
Bu insanların cəmiyyətdəki sosial ədlatsizliyə olan etirazının bir formasıdır. Axı hamı anlayır ki, rəsmi maaşı 500-600 manat olan bir məmur övladına belə dəbdəbəli toy mərasimi təşkil edə bilməz. Onu da axı anlayırıq ki, bu günkü reallığımızda ayda 3-5 min manat maaş alan şəxs də bu cür toy edə bilməz. Bunu ancaq dövlət vəsatinin hansı yolla mənimsənilməsi ilə əldə edildiyini yaxşı anlayır. Yaxşı anlayırıq ki, dövlət tərəfindən onun rifah halının yaxşıladırılması üçün ayrılan vəsaitlərin, məmurun bu vəsaiti özününküləşdirilməsinə və soyğunçuluğa olan etirazdır. Yoxsa kimsənin övladına toy etməsinə qarşı çıxmaq yox. Bəlkə digər cəmiyyətlərdə insanlar övladlarına bundan da təmtəraqlı toy edir.
Bax, bunlar məni kənardan bəziləri hadisələrə “müdrikcəsinə” və ya praqmatikcəsinə susmağa…
Çünki kənarda sakit dayananların da əksəriyyəti ən azından baş verən hadisələrin kökündə nəyin dayandığından xəbərdardırlar və qəzəb hissi onları əzir, ancaq hələ də susmağa üstünlük verirlər. Söhbət təkcə övladına 400 minlik toy edən məmurdan və ya itinə toy çaldıran iş adamından getmir… Son dövrlərdə cəmiyyətimizdə baş verənlərə diqqət edəndə, adamı bir sual daha çox maraqlandırır… Biz axı, hara gedirik?.. Doğrudanmı, biz buna layiqik?! Yəni, biz insanlığın qırmızı xəttini keçdikmi?.. Tutub getdiyimiz yol bizi hara aparır?.. İt hürən tərəfəmi, işıq gələn yerəmi, yoxsamı, uçurumamı?.. Papağı qarşına qoyub düşündükcə, bütün əməlləri hesab dəftərinə vurduqca, deyilənlərə cavab tapırsan və o zaman deyirsən ki, Allahım, sən necə də intəhasız dərəcədə mərhəmət sahibisən. Bizə hələ də rəhm edirsən. Ey Uca Rəbbim, bizi hələ etdiyimiz əmələ görə ədalətinlə deyil, mərhəmətinlə cəzalandırırsan…Axı, bütün bunların kökündə cəmiyyətdəki sosial paradoksallıq, sosial ədalətsizlik dayanır!!!
Mürtəza Bünyadlı yazır:"BİZ HARA GEDİRİK?..
Bu fikirləri yazarkən də, böyük Mirzə Cəlilin “Ölüləri” gəlib canlanır gözünün qarşında… Şeyx Nəsrullahın insanlar qarşısındakı xitabı canlanır…. Kefli İsgəndər canlanır gözün önündə… Və düşünrsən, ötən yüz ildə doğrudanmı, biz dəyişmədik?! O, böyük şəxsin acı kinayə, sarkazm vasitəsilə təkcə gülünclüyü deyil, həm də təhlükəli olan ictimai naqisliyi, bəlaları ifşa etməsi sanki bunun-bu günün realığıdır. Hadisələr sanki bu gün baş verir. Baxıb görürsən, daha doğrusu, elə bu yüz ildə cəmiyətimizdə “ölü şüur”la ağılın, mənəvi korluqla gözüaçıqlığın, ifrat xurafatlılıqla və fanatizmlə sağlam düşüncənin, həqiqətlə mistika arasındakı dərin, barışmaz ziddiyyətin və mübarizənin şahidi olursan. Və bir daha da ağıl sahibinin tək və köməksiz, nadan fanatiklərin isə çoxsaylı və güclü olmasının şahidi olursan. Bunları düşünüb mənəvi ölülər və onların dünyasında at çapan Şeyx Nəsrullahın qarşısına çıxacaq İsgəndəri axtarırsan… Görə bilməyəndə isə sadəcə, başlayırsan içindən əzab çəkməyə…
Mürtəza Bünyadlı yazır:"BİZ HARA GEDİRİK?..
Bu yerdə Mirzə FətəliAxundovun «Hekayəti-Molla İbrahimxəlil kimyagər» komediyası, Üzeyr Hacıbəylinin felyetonları əsasında hazırlanan “Ordan-burdan” tamaşası, Mirzə Ələkbər Sabir yaradıcılığı, molların fətvası ilə qapı arasında öldürülən Seyid Əzim canlanır göz önündə… Və yaxud da Əliağa Vahidin “itin hörmətli qonaqları” yada düşür… Və dəhşətli bir səhnə canlanır göz önündə… Zülmət qaranlıq gecədə, meşədə yolunu azan və ayağının altını görməyən bir varlığa bənzəyirsən… Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizn Səyavuşu” canlanır və gözün xilsakar Səyavuşu axtarır… Axtarır ki, Şeyx Nəsrullahlar “cəmiyyəti”nin insanlarının əlində giriftar olan Kefli İsgəndərə dəstək olsun… Ya da ki, son olaraq Azər Rəşidoğlunun yaddaşlarımıza həkk olunmuş “Lütfü Zadə Bakıda yaşasaydı” şedevri ilə razılşamalı olrusan… Sadəcə, əziz qardaşım Azərin fikirlərini təkcə media sahəsində olanlara deyil, digərlərinə də təəssüf hissi ilə şamil edərdim…O, yazır:
Mürtəza Bünyadlı yazır:"BİZ HARA GEDİRİK?..
“Qarşındakı rəhbərin oxuduğu yeganə kitabın “Əlifba” dərsliyi olduğunu bilə-bilə, ona dünyaca məşhur nəzəriyyələrdən danışmaq və verilən reaksiyanı dinləmək bilirsiniz nəyə bənzəyir?… Yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı, yoxsa övladına avtobus pulu vermək üçün indi boynunu bükəcəkdi və qeyri-səlis çoxluq barədə düşünə belə bilməyəcəkdi. Qarşısında bir anlaqsız varlığın dayandığını anlaya-anlaya dözməyə məhkum olacaqdı. Bir gün, növbəti dəfə gecə yorğanı başına çəkib hönkürəndə, ya da “indi kimdən borc alım və ya hansı əmlakımı satım” düşüncəsində olarkan, ürəyi dözməyəcəkdi, öləcəkdi və onu nə təntənə ilə basdıran, nə də ki xatırlayan olacaqdı. Heç övladları da onu bağışlamayacaqdı, bu qədər problem içində atalarına görə boğulduqları üçün. “Mənə nə var sən istedadsan, ya nəsən, mən adam kimi yaşamaq istəyirəm” lənəti onu sona qədər, hətta öləndən sonra da müşayiət edəcəkdi. Yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı. …Lütfü Zadə özünü bağışlamayacaqdı, “mənim nə itim azıb, bu lənətə gəlmiş məmləkətdə”, – deyəcəkdi. Ya da elə evinin qarşısındaca bir gün meyiti tapılacaqdı. Soyumuş, göyərmiş cəsədi ilə yadda qalacaqdı. Yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı”.
Gecələrin işqılı sabahlara açılması ümidi ilə yuxuya dalırıq.
Ən azından yuxuda şirin röya görmək arzusu ilə…
Ümidlərinin puç olmaması naminə yuxuya dalıb, xeyrə calanacaq yuxular görmək üçün…
Sehrli, möcüzələrin nədəni olacaq sabahların açılması üçün…

Mürtəza Bünyadlı

Gununsesi.info
Tarix: 25-04-2017, 10:26
Xəbəri paylaş





Xəbər lenti