Zakir Fərəcovun özbaşınalığı davam edir

Zakir Fərəcovun özbaşınalığı davam edir Sumqayıtda yaşıllığı məhv edən icra başçısına “dur” deyən yoxdur
Sumqayıta icra hakimiyyəti başçısı təyin olunandan sonra şəhərdə qanunsuz qərarları və özbaşınalığı ilə diqqət mərkəzinə düşən Zakir Fərəc oğlu Fərəcovun yarıtmaz fəaliyyəti davam edir

Gənclər şəhərinin hər qarışını satan icra başçısı sahibkarları da cəzalandırmaqdan çəkinmir. Sumqayıtın hər yerində özünə və qohumlarına obyekt tikən Zakir Fərəcov etdiyi qanunsuzluqları Prezidentin Mühafizə Xidmətinin rəis müavini Bəylər Eyyubovun adı ilə bağlayır. Sumqayıtda narazılıq edən və hüquqları pozulmuş insanlara da belə cavab verilir: - Gedin dərdinizi Bəylərə deyin. Bizlik deyil.

Sumqayıt bir məmurun özbaşınalığının qurbanına çevrilir. Zakir Fərəcovun vətənə nifrəti və Dövlətin əmlakıını şəxsi malı kimi talaması sumqayıtlıları narahat edir. Lakin, hamının başbəlasına çevrilən bu məmurun qanunsuz əməllərinin qarşısını alan yoxdur. Biz, “Realliq.info” olaraq dəfələrlə Zakir Fərəcovun Dövlətə vurduğu ziyandan, insanlara etdiyi haqsızlıqdan, şəhərdəki özbaşınalığından bəhs etmişik. Bir daha qısa olaraq Zakir Fərəcovun Sumqayıt meri təyin olunandan sonra həyata keçirdiyi qanunsuzluqlara qısa nəzər salaq:

- Zakir Fərəcov ölkə başçısının Sumqayıtın inkşafı üçün ayırdığı 40 milyon manatdan artıq vəsaiti mənimsəyib. Görülən işləri isə sahibkarların şəxsi vəsaiti hesabına həyata keçirib.

- İcra başçısı olandan sonra Sumqayıtda bütün dənizkənarı ərazilər qanunsuz satışa çıxarıb və özünə, qohumlarına obyektlər tikdirib. Sumqayıtın Bulvar adlanan ərazisində satılmayan yer yoxdur.

- Zakir Fərəcov Sumqayıtın bir çox sahibkarını müflis edib. Onun tapşırığı ilə sahibkarlar əlində olan vəsaitləri xərcləsələrdə sonradan icra başçısı onlara “atıb”.

- Etiraz edən sahibkarlar Zakir Fərəcovun tapşırığı ilə həbs olunub ya da Sumqayıt polisində işgəncələrə məruz qalıblar. Sumqayıt Polis İdarəsinin rəisi, icra başçısının qanunsuz qərarlarını qoçuluq yolu ilə icra etməkdən çəkinməyib.

- Sumqayıtda bağça və digər dövlət obyektləri yerlə yeksan edilib.Misal üçün 16-cı kvartalda yerləşən 9 saylı uşaq bağçası. Onların yerinə Zakir Fərəcovun qanunsuz sərəncamları ilə binalar və obyektlər tikilib və tikilməkdədir.

- İcra başçısı öz qohumlarına şəhərdə bütün şəraiti yaradıb. Qudası Akif Zeynallı Sumqayıtın “vorzakonu” hesab edilir. Qeyd edim ki, Akif Zeynallının oğlu Əkrəm Zeynallı Azərbaycanın İsveçrədəki səfiridir. Ölkədə azad fikri boğan, insanların hüquqlarını pozan bir şəxsin kürəkəni İsveçrə kimi bir ölkədə səfir kimi qəbul olunub və bu təəssüf doğurur. Akif Zeynallının digər oğlu Kənan Zeynallı “Atabank”ın Sumqayıt filialının rəhbəridir. Bu şəxsin əli ilə qanunsuz pul dövriyyəsi aparılmaqdadır. Bəzi sahibkarlar da Kənan Zeynallının onları kredit sövdələşməsinə çəkdiyini və sonralar aldatdığını qeyd edirlər.

- Zakir Fərəcovun qanunsuz sifarişləri ilə onlarla iş adamı müflis edilərək həbs edilib. Onlar icra başçısına verdikləri pulu geri almaq istəyəndə təzyiqlə üzləşib və həbs olunublar. Hazırda belə iş adamlarından biri Müqayis Verdiyevin milyonlarla vəsaiti icra başçısı tərəfindən mənimsənilib və o həbs edilib.

- Sumqayıt icra başçısı Zakir Fərəcov şəhərdə şəxsi məqsədləri üçün əməklərini sərf etdiyi sadə insanların da əmək haqqlarını aylardır vermir. İnsanların etirazını isə polis vasitəsilə boğmağa çalışır.

- Bu məmurun özbaşınalığı nəticəsində Sumqayıtda yaşıllıqlar və parklar məhv edilir. Dənizkənarı ərazilərdə illərlə zəhmət hesabına salınmış ağaclar kütləvi qırılıb.

- Zakir Fərəcovun özbaşınalığı nəticəsində şəhərdə yollar bərbad günə qalıb. Dövlətin ayırdığı vəsaitlər icra başçısı və qohumları tərəfindən mənimsənilib.

- Keçmiş Milli Təhlükəsizlik nazirliyinin rəhbərliyi ilə dost münasibətində olan Zakir Fərəcov Abşeronda olduğu kimi Sumqayıtda da onların qohumlarına hədiyyələr verməkdə və torpaq sahələri pay etməkdə davam edir. Abşeronun bəzi kəndlərini də şəhərin ərazisinə qatan icra başçısı dənizkənarı əraziləri şəxsi mülkü kimi zəbt edib.

- Novxanı ərazisində dənizkənarı ərazilər Zakir Fərəcovun qanunsuz qərarları ilə satışa çıxarılıb və insanlar qanunsuz tikintilərə etiraz edirlər.

- Sumqayıtda bulvar adlanan ərazidə parklar obyektlərlə əvəz edilib və Zakir Fərəcovun şəxsi mülkünə çevrilib.

- Sumqatyıtda bütün dövlət müəssisələri – səhiyyə, təhsil, mədəniyyət və s idarələr Zakir Fərəcovun “aylıq planının” qurbanına çevrilib. İcra başçısı hər idarədən aylıq tələb etdiyi üçün rüşvətxorluq pik həddə çatıb.

Zakir Fərəcovun özbaşınalığı davam edir

Bu siyahını uzatmaq olar və əmin olun ki, yazılanlar Zakir Fərəcovun qanunsuz əməllərinin çox az qismini təşkil edir.

Realliq.info – nun əməkdaşının dünən Sumqayıtda apardığı araşdırmalar və çəkdiyi fotolar bir daha göstərir ki, Sumqayıt özünü Bəylər Eyyubovun qohumu adlandıran Zakir Fərəcovun şəxsi məqsədlərinin qurbanına çevrilməkdədir. Həmin şəkillərdə Sumqayıtda aparılan qanunsuz tikintilər və məhv edilən yaşıllıqlar açıq aşkar görünür. Şəhərin dənizkənarı ərazilərdə kəsilmiş ağacların hansı yollarla daşınması əks olunub. Bundan başqa şəhərin “Şərq bazarı”nın yanında, 9-cu mikrorayon ərazisində tikilən böyük obyektə görə məhv edilən yaşıllıq sadə vətəndaşların haqlı narazılığına səbəb olmaqdadır. Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər nazirliyi baş verənlərə hüquqi qiymət verəcək və bəzi işbazların özbaşınalığı nəticəsində məhv edilən yaşıllığa görə cəzalar tətbiq ediləcəkdir. Nazirlik məsələni nəzarətdə saxlamalı və məmurların qanunsuz əməlləri nəticəsində baş verən ağac soyqırımının qarşısını almalıdır. (Realliq.info)

Mövzuya qayıdacağıq.

İkram Rəhimov Zakir Fərəcovun özbaşınalığı davam edir
Zakir Fərəcovun özbaşınalığı davam edir
Zakir Fərəcovun özbaşınalığı davam edir
Zakir Fərəcovun özbaşınalığı davam edir
Zakir Fərəcovun özbaşınalığı davam edir
Zakir Fərəcovun özbaşınalığı davam edir
Tarix: 25-04-2017, 14:08
Xəbəri paylaş





Xəbər lenti