Mafiozlaşmış çetedə kim(lər) təmsil olunur?-FAKT

Mafiozlaşmış çetedə kim(lər) təmsil olunur?-FAKT Zaman-zaman hüquq-mühafizə orqanları brədə, xüsusilə də bəzi polis əməkdaşları haqqında müxtəlif səpkili tənqidi yazılara rast gəlmişik. Həmin əməkdaşlardır ki, təmsil etdikləri qurumun nüfuzunu öz xidmətləri ilə yüksəltmək əvəzinə, onlara verilmiş istisna səlahiyyətlərdən sui-istifadə etməklə məhz şəxsi mənfəətlərini düşünərək yaxud mənsub olduqları mövqeyi düşünmədən neqativ hərəkətlərə yol verirlər. İnsafən desək, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə sosial şəbəkələrdə yayılan yazılar konkret faktlara əsaslandıqda məsələyə Daxili İşlər Nazirliyi tərəfindən dərhal reaksiya verilməklə, həmin qanunsuz hərəkətə yol vermiş əməkdaş dərhal cəzalandırılır. Yəni, adıçəkilən qurum daim bu mövzuya həssaslığını ortaya qoymaqla, əslində, bu istiqamətdə peşə fəaliyyətinin ziddinə çalışan işçilərinə qarşı barışmaz mövqedə mübarizə apardığını biruzə verir.

Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan və Qeydiyyat şöbəsinin rəisi, adı KİV-də daha çox ləğv edilmiş milli Təhlükəsizlik Nazirliyinin emissarı olaraq hallanmış Hacımurad Abdullayevin tabeçiliyində olan “çete” barədə növbəti yazılarımızda konkret faktlar təqdim etməklə ifşa edəcəyik. Eyni zamanda Hacımurad Abdullayevin nümunəvi xidmət aparan əməkdaşlarının qohumluq əlaqələrində olan başqa şəxslərə görə haqsız olaraq cəzalandırmaqdan çəkinməyən fəaliyyətinə də işıq salacağıq. Çünki redaksiyamıza bir neçə polis əməkdaşı barədə video görüntülər təqdim olunub.
Bu gün isə sizlərə təqdim edəcəyimiz faktda Bakının Binəqədi rayon ərazisində həvəskar çəkilişlə qeydə alınmış bir polis zabitinin iş saatında və polis formasında daha çox türklərdə qumar oyunu kimi tanınan OKEY oynadığı əksini tapır. Belə ki, “İnqilab” kinoteatrı yaxınlığındakı çayxanada çəkilmiş həmin video görüntülərdə əks olunan ictimai təhlükəsizliyə məsul olan polis mayorunun qeyri-ciddi hərəkəti heç də ürəkaçan hal deyil. Video görüntünün, efir üçün yararlılığı, texniki işləri tamam olmaması səbəbindən yaxın günlərdə ictimailəşdirəcəyik. Həmin çəkilişə aid olan foto şəkili isə dərc edirik. İnanırıq ki, DİN məsələyə münasibət bildirəcəkdir.

Redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, həmin görüntüdə olan polis mayoru Laçın Rayon Polis Şöbəsinin əməkdaşıdır, video lentə alındığı ərəfədə isə Binəqədi rayon 5-ci Polis Bölməsinin rəisi Səlim Səlimovun təşəbbüsü ilə həmin polis bölməsinə ezamiyyəyə gətirilibmiş. Qeyd edək ki, həmin polis mayorunun qohumu olduğu bildirilən bölmə rəisi də əslən onunla eyni rayondan olmaqla, Laçın RİH-nin sabiq icra başçısı Akif Səlimovun oğludur.

Mövzu diqqətimizdədir.
24saat.org
İ.Çərəkə
Tarix: 26-04-2017, 13:31
Xəbəri paylaş





Xəbər lenti