Ömrünün üçdə ikisini həbsdə keçirən azərbaycanlı “oğru”: 16 yaşından həbsdə və Bakıdakı tək məzarda...- FOTOLAR

Ömrünün üçdə ikisini həbsdə keçirən azərbaycanlı “oğru”: 16 yaşından həbsdə və Bakıdakı tək məzarda...- FOTOLAR Kriminal aləmdə nüfuzu olan azərbaycanlı “oğrular” az deyil və onların hər biri özlərinəxas xüsusiyyətləri ilə tanınıb.

Cebhe.info “oğru dünyası” layihəsi çərçivəsində nüfuzlu “kriminal generallar”dan olan Tofiq Bakinski barədə məlumatları təqdim edir.

Əhmədov Tofiq Əhməd oğlu 6 iyun 1951-ci ildə Bakıda anadan olub. 1980-cı ildə “taclandırılan” Ağa Bakinski azərbaycanlı “oğru”lar arasında ən çox həbsdə yatanlardan hesab olunur.

Onun ömrünün üçdə biri həbsdə keçib. 1976-ci, 1969-cu, 1970-ci, 1980-cı və 1981-ci, 1987-ci illərdə mühakimə olunanan Ağa Bakinski üst-üstə ömrünün 30 ilə yaxınını həbsdə keçirib.

İlk həbsi hələ yeniyetmə ikən 1967-ci ildə olub. O zaman 16 yaşlı Tofiq quldurluqda ittiham edilərək həbs olunub. O zaman 16 yaşlı gənc qanunsuz silah saxlamaqda da təqsirləndirilib. Həbsdə də sakit oturmayıb və daim kolon rəhbərliyi ilə münaqişədə olub. Elə o zamandan diqqətləri üzərinə çəkib. 18 yaşı olanda uşaq koloniyasından həbsxanaya köçürülüb. Orada onu cinayətkarlar əhatəyə alıb. Həbsxanada zamanının çoxunu təkadamlqı kamerada keçirən Əhməd Bakinski 1969-cu ildə, azadlığa çıxdıqdan qısa müddət sonra xuliqanlıqda ittiham edilib. 1970-ci ildə, azadlqıda olduğu qısa müddətdə də eyni ittihamla təkrar həbsxanaya göndərilir. Bu dəfə 10 ilə yaxınını həbsdə keçirən Tofiq Əhmədov həbsdən çıxanda artıq kifayət qədər nüfuzlu idi. Onun Rudolf Aqanov, Vyaçeslav İvankov və Tenqizlə sıx əlaqələri vardı. Məhz onların vasitəsilə kriminal aləmə cəlb edilən Tofiq Əhmədov Azərbaycan diasporu arasında nüfuzlu şəxsi kimi tanınmağa başlayır. 1981-ci ildə qanunsuz narkotik saxlamağa görə həbs edilən Tofiq Əhmədov 6 ilini həbsdə keçirib. Ancaq həbsdən çıxdıqdan dərhal sonra- 1987-ci ildə yenidən heroinlə yaxalanıb.

Sonuncu dəfə həbsdən 1991-ci ildə çıxıb və Tolyattidə yaşamağa başlayıb. Sonra kriminal aləmdəki dostları onu Moskvaya dəvət edib. Burda o, azərbaycanlıların alver etdiyi bazarlara nəzarəti ələ alır. Ardınca yanacaqdoldurma məntəqələrində xüsusi paya sahib olub.

2005-ci ildə vəfat edən Əhməd Bakinski öz vəsiyyətinə əsasən Bakıda dəfn edilib. Ömrünün üçdə ikisini həbsdə keçirən azərbaycanlı “oğru”: 16 yaşından həbsdə və Bakıdakı tək məzarda...- FOTOLARÖmrünün üçdə ikisini həbsdə keçirən azərbaycanlı “oğru”: 16 yaşından həbsdə və Bakıdakı tək məzarda...- FOTOLAR
Tarix: 29-04-2017, 21:20
Xəbəri paylaş





Xəbər lenti