Oğlu deputatın başına üçüncü dəfə oyun açdı, töhmət eşitdi - Gərginlik

Oğlu deputatın başına üçüncü dəfə oyun açdı, töhmət eşitdi - Gərginlik İmamverdi İsmayılovun oğlunun qadını döyməsi ilə gündəmə gəlməsi başına iş açıb. Millət vəkili üçüncü dəfədir ki, oğluna görə töhmət eşidir

Ulus.Az xəbər verir ki, buna səbəb oğlunun özbaşına hərəkətləridir. Bu günlərdə mətbuat yazdı ki, onun oğlu İlkin İsmayılov bir qadını təhqir edərək döyüb.

Hadisə aprelin 6-da Bakıdakı uşaq tədris mərkəzlərinin birində yaşanıb. Mərkəzə gələn İlkin İsmayılov adlı şəxs sözügedən mərkəzin rəhbəri, iki uşaq anası olan qadını hamının gözü qarşısında təhqir edərək döyüb.

Xəbəri tirajlanması ata-oğul arasında mübahisələrə, deputatın isə yuxarlardan töhmət eşitməsinə gətirib çıxarıb. İ.İsmayılov oğluna xəbərdarlıq edib ki, bu sonuncu dəfə olsun və onun ucbatından yuxarı dairələrin qəzəbinə tuş gəlmək fikri yoxdur.

Deputata töhmət verilib ki, oğlunu yığışdırsın, artıq-əskik hərəkətlərlə medianın diqqət mərkəzinə düşməsin və onun da adını hallandırmasın.

Bu azmış kimi Mərkəzin işçilərinə də hədə-qorxu gələrək təhqir edib. Başından ağır zərbələr alan qadın dərhal Təcili Tibbi Yardımın vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

İ.İsmayılov direktoru uşaqların gözü önündə təpikləyir, saçlarını yolur, başına yumruqlar vurur və etik çərçivələrə sığmayan ifadələrlə təhqir edirdi. Buna təpki göstərən valideynləri də təhqir edib.

Ulus.Az xəbər verir ki, İ.İsmayılov passiv fəaliyyəti olan deputat kimi tanınır. O, nadir hallarda çıxış edir.

Belə bir deputatın hər dəfə oğlu ilə gündəmə gəlməsi heç də onun üçün yaxşı olmur. Yuxarıdan xəbərdarlıq edilib ki, ona mandat verilməyib oğlunun hər əməli parlamenti nüfuzdan salsın.

İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Evlidir, 3 övladı var.

Bir müddət əvvəl deputat oğlunun adı Qubada yerləşən “Retro” istirahət mərkəzində qətlə yetirilən Könül Zalova işində çəkilib.

Məlumata görə, Könül Zalovanın idarə etdiyi avtomobilin seriya nömrəsi tanınmış ailəyə məxsusdur. Könül Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilib.

Ulus.Az xatırladır ki, həmçinin 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsus olduğu qeyd edilir. Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur.

Lap əvvəl İlkin İsmayılovun adı 888 nömrəsi ilə bağlı qalmaqalda hallanıb. Azad istehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bir il iki ay əvvəl əvvəl İlkin İsmayılovdan təşkilat üçün KİA Sorento markalı 90 FP 888 dövlət nömrə nişanı olan maşın alıb.

Sonradan avtomobildə yaranan problemlə əlaqədar olaraq KİA servisə müraciət edərkən avtomobilin 14.10.2013-cü ildə servisdə 105800 km yürüşlə qeydiyyatda olduğu və onun üzərində çoxsaylı detal dəyişmə işləri aparıldığı məlum olub. 2014-cu ildə baş verən bu hadisə uzun müddət mətbuatın müzakirəsinə səbəb olub.

Ulus.Az
Tarix: 1-05-2017, 21:27
Xəbəri paylaş





Xəbər lenti