Məhkəmə qərar çıxardı, amma icra olunmadı

Məhkəmə qərar çıxardı, amma icra olunmadı Azərbaycanda məhkəmə qərarlarının icra olunmaması problemə çevrilib. Vətəndaşlar aylarla məhkəmələrdə hüquqlarını bərpa etmək, onlara dəyən ziyanı ödətmək üçün çaba göstərir. Nəticədə məhkəmə qərar çıxarır və icrası təmin edilmir.


Salyan rayonunda yerləşən “Şükran Firması” MMC-nin sahibi Balahüseyn Həsənov da məhkəmə qərarının icra edilməməsindən şikayətçidir. Deyir ki, müqavilə əsasinda Siyasət Aslanovu işə götürüb. Sürücü isə ona tapşırılan yükü idarə etdiyi “QAZ-53" markalı, Az 52 BF 022 dövlət qeydiyyat nişan nömrəli nəqliyyat vasitəsilə öz istədiyi ünvanlara aparıb satıb. MMC-də audit yoxlama həyata keçiriləndə mal çatışmamazlığı aşkar olunub. Həmin vaxt məlum olub ki, sürücü MMC-yə ümumilikdə 23 min 232 manat ziyan vurub. Bundan sonra B.Həsənov Salyan Rayon Məhkəməsinə üz tutub. Hakim Xəqani Tağıyev sübut dəllilərə əsaslanaraq 16 iyun 2016-cı il tarixdə iddianı təmin edib və sürücünün maddi ziyanı ödəməsini qət edib. Qətnamənin icra olunması Salyan Rayon Məhkəmə İcraçıları şöbəsinə həvalə olunub. B.Həsənov deyir ki, məhkəmə icraçısı Ramin Aslanov 1 ilin tamamına az qalmasına baxmayaraq qətnamədən irəli gələn tələbin gerçəkləşdirilməsi üçün heç bir tədbir görməyib.


“Salyan rayonunun məhkəmə icraçıları şöbəsinin rəisi Ağahüseyin Fərzəliyev və Ramin Aslanova bu günə kimi dəfələrlə müraciət etsəmdə, qapılarında sürünsəm də məhkəmənin qətnaməsini icra etmirlər. Qarşı tərəfə ”qaşın üstə gözün var" deməməklərindən aydın görünür ki, icra işini görməkdə maraqlı deyillər. Necə olur hansısa imkansız, kasıb banka borcu olanda məhkəmə icraçıları həmin şəxsin gününü qara edirlər. Ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək xahiş edirəm ki, Salyan rayonu məhkəmə icraçılarının rəisi Ağahüseyin Fərzəliyevdən və Ramin Aslanovdan izahat tələb etsin. Sürücünün vurduğu ziyanı hansı səbəbdən ödətdirmədiklərinin səbəbini söyləsinlər. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsinin havada qalmasının səbəbini ortaya qoysunlar" - deyə şikayətçi bildirib.


E.MƏMMƏDƏLİYEV
Tarix: 2-05-2017, 10:24
Xəbəri paylaş





Xəbər lenti