Faiq Əmirlinin xanımının avtomobili qaytarılıb

Faiq Əmirlinin xanımının avtomobili qaytarılıb «Azadlıq» qəzetinin maliyyə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsindən 8 ay sonra prokurorluq onun xanımının avtomobilini qaytarmağa qərar verib.

Avtomobil ötən il avqustun 20-də, F.Əmirli saxlandığı gün heç bir açıqlama verilmədən götürülüb. Müdafiə tərəfin dəfələrlə müraciətinə və avtomobilin F.Əmirlinin xanımına məxsus olmasına baxmayaraq, geri verilməyib.

Mayın 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən F.Əmirlinin evinə telefon edərək bildiriblər k, avtomobili götürmək olar.
Tarix: 3-05-2017, 08:44
Xəbəri paylaş





Xəbər lenti