Rafael Mehrəliyev iş adamı İlham Qasımovdan 3,7 milyon manat rüşvət alıb?

Rafael Mehrəliyev iş adamı İlham Qasımovdan 3,7 milyon manat rüşvət alıb? Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departament rəhbərinin iş adamına “krişalıq” etdiyi deyilir

Dələduzluq, vəzifə səlahiyyətlərindən sui istifadə və vəzifə saxtakarlığı maddələri ilə 12 il azadlıqdan mərhum edilən “Real” MTK-nın faktiki sahibi İlham Qasımovla bağlı AzToday.az-a daha bir ilginc məlumat daxil olub.


Həmin məlumatda bildirilir ki, keçən il Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Qasımovla bağlı keçirilən məhkəmə prosesində iş adamı və “Real” MTK-nın direktoru olan bacısı oğlu Sahil Cahangirli lahiyələrin təsdiqlənməsi üçün Bakı Şəhər İcra Hakimiyyətində 3 milyon 700 min manat rüşvət verdiklərini bildirmişdi.

Bu məsələ ilə bağlı AzToday.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, iş adamı İlham Qasımov zamanında Bakı Şəhər İcra Hakimiyyəti yetkillilərinə milyonlarla manat rüşvət verib. Həmin rüşvət isə əsasən “Real” MTK-nın tikdiyi binaların lahiyəlrin təsdiq edilməsi üçün ödənilib. İnformasiya mənbəmizin iddiasına görə, iş adamı İlham Qasımovun Bakı şəhər İcra Hakimiyyətində əsas havadarı, hazırda Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbəri vəzifəsini tutan Rəfael Mehrəliyev olub. İş adamı tikdirdiyi binalara görə, milyonlarla manatı məhz Rafael Mehrəliyev vasitəsi ilə BŞİH-ə çatdırdığı iddia olunur.

Departament rəhbərinin İlham Qasımovla münasibətlərinin isti olması o həddə çatıb ki, iş adamı Bakı şəhər icra hakimiyyətinin yetkilisinə tikdirdiyi binalardan birindən mənzil belə hədiyyə verdiyi də məlumatda əksini tapıb. Həmçinin iş adamı İlham Qasımovun keçmiş MTN generalları ilə probleminin çözülməsində də Rafael Mehrəliyevin rolunun olduğu deyilir. Mehrəliyevin iş adamına havadarlıq etdiyi və buna görə hər il ondan bəzi aidiyyatı qurumların adı altında külli miqdarda haqq aldığı gəzən söz söhbətlər arasındadır.

Məlumatda deyilir ki, İlham Qasımovla bacısı oğlu Sahil Cahangirli son izahatlarında milyonlarla məbləğdə rüşvətin Rafael Mehrəliyevə verdiklərini yazıblar. Lakin sonra Sahil Cahangirli və İlham Qasımov müxtəlif bəhanələrlə bu izahatlarından boyun qaçırıblar. Mənbəmiz bildirir ki, Rafael Mehrəliyevin BŞİH-də iş adamlarından müxtəlif məqsədlər üçün külli miqdarda pul aldığını paytaxtdakı iş adamlarının çoxusu bilir. Hələ keçmiş MTN naziri Eldar Mahmudovun dövründə Bakı Şəhər İcra Hakimiyyətində “at oynadan” Rafael Mehrəliyevin bu işlərdən böyük varidat topladığı da məlumatda əksini tapıb.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil – Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfael Mehrəliyevlə dələduzluqda ittiham olunaraq həbs edilən İlham Qasımov arasındakı bir çox maliyyə məsaələləri barədə yaxın günlərdə oxucularımıza ətraflı məlumat verməyə çalışacağıq.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Siam.az
Tarix: 3-05-2017, 22:37
Xəbəri paylaş





Xəbər lenti