Cahangir Əsgərov Rövnəq Abdullayevlə “Paşabank”a uduzdu - Şok təfsilat

Cahangir Əsgərov Rövnəq Abdullayevlə “Paşabank”a uduzdu - Şok təfsilat AZAL prezidenti Cahangir Əsgərovun maliyyələşdirdiyi eyniadlı futbol klubu fəaliyyətini dayandırıb

Ulus.Az-ın əldə etdiyi məlumata görə, klubun maliyyə problemləri ucbatından işinə xitam verilib. AZAL şefi komandaya sponsorluqdan imtina edib və bunu böhranla əlaqələndirib.


Premyer Liqaya SOCAR prezidenti Rövnəq Abdullayevin oğlunun rəhbərlik etdiyi Səbail klubunun gələcəyini nəzərə alsaq, artıq yeni oliqarx komandasının o boşluğu dolduracağını söyləmək olar.

AZAL prezidentinin klubu meydandan çıxır və yerinə SOCAR prezidentinin Səbail komandası gəlir. Bu halda R.Abdullayevin C.Əsgərovu məğlub etdiyini de mülahizə kimi irəli sürmək olar.

Məlumatda deyilir ki, C.Əsgərovun klubunda maliyyə problemlərinin yaranması onun biznesinin durğunluq dövrü yaşaması ilə izah edilir. Hakimiyyət daxilində AZAL şefinə birmənalı münasibət yoxdur və əksər məmurlar ondan narazıdırlar.

Ulus.Az xəbər verir ki, artıq AZAL klubunun rəsmi saytı bu barədə bəyanat yayıb. Bəyanatda deyilir ki, AZAL Peşəkar Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarır.

Bu tələbləri nəzərə alaraq, Klub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılıb.

Belə bir qərara gəlinib ki, AZAL QSÇ Bakıətrafı qəsəbələr üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli Klub ilə təmsil olunmaq məqsədlə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan "Zirə" Futbol Klubuna dəstək olmaq daha məqsədəuyğundur.

Bu isə həm də AZAL-ın “Zirə”yə tabe etdirilməsi anlamına gəlir. “Zirə” klubu Avropa Liqasında mübarizə aparacaq və sirr deyil ki, komandanı “Paşabank” maliyyələşdirir.
Tarix: 4-05-2017, 23:37
Xəbəri paylaş





Xəbər lenti