Dayısıoğlu tərəfindən zorlanan qızın FACİƏSİ - ŞOK OLAY

Dayısıoğlu tərəfindən zorlanan qızın FACİƏSİ - ŞOK OLAY Heç kimə sirr deyil ki, dünyanın hətta ən ikişaf etmiş ölkələrində belə qadınlar cinsi istismara, məişət zorakılığına məruz qalır.

Azərbaycanda bu kimi hallara rəvac verən əsas səbəb təhsilsizlik, cahillikdir.

Əfsuslar olsun ki, cinsi təzyiqlərə məruz qalan əksər qadınlar təhsil və normal işləri olmadığından, iqtisadi asılılığa görə susmaq məcburiyyətində qalır. Halbuki ölkəmizdə qadın-kişi münasibətləri ilə bağlı bir çox maarifləndirici addımlar atılır, qadınlarımız üçün sığınacaq evləri yaradılır. Bun abaxmayaraq, əfsus ki, xeyli sayda zorakı əməllərin şahidi oluruq...

İlk müsahibimiz insestə məruz qalan (insest - yaxın qan qohumluğu olanlar - valideyn-övlad, qardaş-bacı arasında cinsi əlaqə - red.) hazırda 30 yaşlı Xaçmaz rayon sakini Gülnaz Rəhimovadır (ad-soyad şərtidir-red). BiG.AZ-a yazan bu qadın həyat faciəsini danışaraq, bu uçurumdan çıxış yolu axtarır:

“15 yaşım var idi. Orta məktəbə getmirdim. Çünki oxumaqla heç də aram yox idi. Valideynlərim də məni məktəbdən çıxarıb, evdə oturtmuşdular. Ona görə də nə oxumaq bilirdim, nə də ki, yazmaq... Günüm ev işlərində anama yardım etməklə keçirdi.

... 19 yaşlı dayımoğlu Azər isə bizə tez-tez gəlirdi. Həmişə onun tərəfindən özümə qarşı nəsə maraq hiss edirdim. Sonralar Azər bizə gələndə, məni tək görən kimi yaxınlaşıb, astaca deyirdi ki, səndən çox xoşum gəlir. Düzü, mənim də ona meylim vardı, yəni xoşlanırdım...


“Paltarlarımı zorla cırıb, əynimdən çıxardı…”

Bir dəfə qonşu kənddə toy vardı. Valideylərim və qardaşım yığışıb, toya getdilər. Mən isə evdə tək qaldım. Bizə tez-tez gələn Azər yenə yolunu evimizdən salmışdı. O, heç nə olmamış kimi gəldi, salam-kəlamdan sonra, “evdə kim var?” – deyə soruşdu. Mən də cavab verdim ki, hamı toya gedib, təkəm. Bu sözlərdən sonra o, mənə yaxınlaşdı, əl atmağa başladı. Əvvəlcə müqavimət göstərmədim, əksinə, onun məni qucaqlayıb, öpməyi xoşuma gəldi. Amma sonra o, daha da irəli getməyə başladı. Belə olanda, mən dedim ki, Azər, lazım deyil, yoxsa qışqıracağam. O, mənim etiraz və müqavimətimə əhəmiyyət vermədi. Əli ilə ağzımı qapayıb, məni yerə yıxdı, paltarlarımı zorla cırıb, çıxarmağa başladı. Bir anlıq nə baş verdiyini anlamadım. Sonradan artıq iş-işdən keçmişdi... Sonra o, məni qucaqlayıb çox sevdiyini dedi və getdi.

Axşam valideynlərim evə gələndən sonra hadisəni anama danışdım. Anam məni susmağa məcbur etdi, hətta hədə-qorxu da gəldi ki, bu haqda heç kimə danışmayım. Dedi ki, ailələr arasında qan davası düşər, mən qardaşımla sənə görə düşmən olmaq istəmirəm”.

“Deyirdi ki, səni alacağam...”

Gülnaz deyir ki, dayısı oğlunun onlara gəlişi daha da intensivləşir. Onlar gizli görüşməyə başlayırlar:

“Onunla bizim evin anbarında görüşürdük. Gizli münasibətlərimizdən heç kimin xəbəri olmurdu. Onunla sevişməyə razılaşdım, çünki məni sevdiyini və tezliklə evlənəcəyimizi deyirdi. Onunla düz bir il görüşdük. Mənə evlənib, xoşbəxt olacağımızla bağlı vədlər verirdi. Yoxsa imkan verməzdim ki, mənə yaxın dursun, toxunsun! Bir ildən sonra gəlib, dedi ki, sən mənə lazım deyilsən. Rusiyaya gedirəm və düşünmə ki, nə zamansa səninlə evlənəcəyəm. Sən mənimlə yatmısansa, necə təmiz qız ola bilərsən ki?! Özümə təmiz qız alacağam. Daha sonra da çıxıb getdi və uzun illər Azərbaycana qayıtmadı. Anam da bu sirrin açılmasına imkan vermədi. Hər zaman deyirdi ki, qardaşımla düşmən ola bilmərəm”.

“Bakirə olmadığım üçün məni ərə vermək istəyəndə evdən qaçdım”

Gülnaz deyir ki, anası vəfat edəndən sonra onun güzaranı daha da pisə doğru getdi:


“İllər sonra mənim 30 yaşım olanda anam dünyasını dəyişdi. Bu müddət ərzində isə mən ailə həyatı qurmadım. Anam öləndən sonra atamla-qardaşım kəndimizdə yaxşı bir ailədən mənə evlənmək üçün namizəd tapdılar. Məni ona ərə vermək istədilər. Mən də bakirə olmadığım üçün rayonda biabır olacağımı görüb, başımı götürüb qaçdım. Sumqayıtda yaşayan rəfiqəmin yanına gəldim. Rəfiqəm sağ olsun, mənə evində yer verdi. Dedi ki, narahat olma, mən sənə iş tapmaqda kömək edərəm. Ərim restoranda işləyir, o, sənə restoran və ya kafedə iş tapar. Nə isə, rəfiqəmin əri məni kafedə işə düzəltdi”.

“Görünüşüm başıma bəla oldu...”

"Gözəl görünüşümə görə ətrafımda çox kişilər fırlanır. Kirayə evə çıxmaq istəyirəm, amma buna imkanım yoxdur. Ona görə də kafeyə gələn kişilərlə pul müqabilində cinsi əlaqəyə girirəm. Yəni bədənimi pula satıram, təki pis durumdan çıxım.

Anlayıram ki, zamanla çirkabın içinə batdıqca batıram. Özümü çox bədbəxt hiss edirəm, dayım oğlunu da lənətləyirəm. Amma çıxış yolunu tapa bilmirəm. Mənə kömək edin" - ağlayaraq Gülnaz imdad dilədi.

Gülnaz Rəhimovaya yardım məqsədilə aidiyyatı qurumlarla əlaqə saxladıq. BiG.AZ vasitəsilə ekspertlər zərərçəkənə bu kimi hallarda hansı addımların atılması haqda tövsiyyələrini verdilər, G.Rəhimovaya yardımçı olmağa çalışdılar.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova:

“Təəssüf ki, bizdə insest hallarına tez-tez rast gəlinir. Bu baxımdan öncə insanlar arasında maarifləndirilmə işləri aparılmalıdır. Şikayətçi xanıma gəlincə, biz ona öz sığınacağımızda yer verməyə hazırıq. İlkin olaraq, xanımla danışığa psixoloqlar cəlb olunacaq. Onun ruh halı güman ki, ürəkaçan deyil. Həmin qadın müəyyən müddət sığınacaqda qalaraq, reabilitasiya dövrünü keçdikdən, cəmiyyətə rahat formada adaptasiya olduqdan sonra işlə təmin edilməsinə yardımçı olacağıq. Onu da deyim ki, Gülnaz ilk növbədə dayısı oğlundan şikayət etmək hüququndan istifadə etməlidir. Ümumiyyətlə, istənilən formada zorakılığa məruz qalan qadın və uşaqlarımıza sığınacağımızda yer verməyə hazırıq. Onların problemlərini hüquqi baxımdan da çözülməsinə çalışacağıq, çalışırıq da. Qadın və uşaqlara qarşı edilən təcavüz və zorakılıqların qarşısısını almaq üçün ciddi addımlar atılmalıdır”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirir ki, burada söhbət yetkinlik yaşına çatmayana qarşı zorakılıq faktından gedir:

“Bu - cinayətdir, burada məişət zorakılığından deyil, azyaşlıya qarşı törədilən seksual cinayətdən söhbət gedir. Bununla bağlı hüquq-mühafizə orqanları ciddi ölçü götürə bilərlər. Amma aradan həddən artıq çox müddət keçib. Qadın uzun illər bunu gizlədib, həyat tərzi pis mənada formalaşıb... Bircə qalır ki, həmin qadın reabilitasiya keçsin və yenidən cəmiyyətə adaptasiya olsun. Yalnız bu halda qadın normal həyatını sürə bilər. Onu da qeyd edim ki, son illər güclü maarifləndirmə işləri aparılır. Bunun nəticəsidir ki, qadın sığınacaqlarına kömək üçün müraciət edən qadınların sayı durmadan artır. Bunu yaxşı hal kimi dəyərləndirmək olar”.

Psixoloq Rəşad Rəhimbəyli bu kimi halları ümimilikdə cəmiyyətin problemi hesab edir:

“Zorlanma məsələsi ən inkişaf etmiş cəmiyyətlərdə belə baş verir. Həmçinin, insest hallarına da bütün cəmiyyətlərdə rast gəlinir. Bunun bir sıra psixoloji amilləri var. İlk olaraq onu deyim ki, bizdə mental dəyərlər insanın içindəki arzularına qadağa qoyur. Mental qadağalar qoyulduğu üçün istər qadın, istərsə də kişi könüllü şəkildə sekslə məşğul ola bilmir. Hətta bunu edənlərə, yəni təbii ehtiyacını ödəyən insana cəmiyyət normal baxmır. Düşünürəm ki, zorlanma ilə bağlı bu kimi halları ictimailəşdirmək, şoulaşdırmaq, mətbuata çıxarmaq yox, problemi həll etmək vacibdir. Bu kimi halların baş verməsinin başlıca səbəbi seksual azadlığın olmamasıdır. Ən azından düşüncə azadlığının olmamasıdır. Seksual istəyin dilə gətirməsi mövzsuna biz hələ hazır deyilik. Gülnaz xanıma gəlincə, əfsuslar olsun ki, uzun illər başına gələnlərlə bağlı susub. Bundan sonra dayısıoğluna qarşı məhkəmə iddiası irəli sürsə də, bundan nə dəyişəcək? Düşünürəm ki, həmin qadına sığınacaq verilməli, psixoloji durumu ilə tanış olmalı, yardım göstərilməlidir. Ki, yenidən cəmiyyətə adaptasiya olub, sağlam həyat tərzi yaşasın”.

@ big.az
Tarix: 5-05-2017, 07:52
Xəbəri paylaş





Xəbər lenti