Şeyxin Ağalıqda “ağa”lığı: Vətəgələr camaatı susuz qoyub - ÖZƏL

Şeyxin Ağalıqda “ağa”lığı: Vətəgələr camaatı susuz qoyub - ÖZƏL Şabranın Ağalıq kənd sakinləri su üzünə həsrət qalıb

Bu barədə Ulus.Az-a verilən məlumata görə, kənd camaatı yalnız axşam saatlarında içməli su ilə təmin olunur.

Buna qeyri-rəsmi səbəb kimi balıq vətəgələrinin olması göstərilib. Guya günorta saatlarında su veriləndə vətəgələr gölməçəyə çevrilir və işləmək mümkün olmur.

Ona görə də xeyli vaxtdır Ağalıq kənd camaatı Kəlbəla müsibəti yaşayır. Sakinlərin sözlərinə görə, vətəgələrin ucbatından su tapmaq olmur. Həmin balıq vətəgələrinin isə yüksək vəzifəli şəxsə aid olduğu deyilir.

Hətta bəzi iddialara görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bu məsələdə əli var. Dəniz kənarında yerləşən vətəgələrin Şeyxə aid olduğu iddia edilir.

Ağalıq kəndinə verilən suyun qabağının kəsilməsi barədə göstərişin Şabranın icra başçısı Novruz Novruzovdan gəldiyi deyilir. Yeri gəlmişkən, rayonun icra başçısı əslən leriklidir və onun Şeyxlə işbirliyinin olduğu iddia olunur.

Ulus.Az-a verilən məlumata görə, kənd camaatı çarəsiz qalıb və nə edəcəyini, kimə şikayət göndərmək lazım olduğunu da bilmir.

Onu da deyirlər ki, Şabranda inşa edilən Taxtakörpü su anbarının quruması ilə yanaşı rayonun meşələri, torpaqları da seyrəkləşir.

Onların sözlərinə görə, rayonun mərkəzində və kəndlərdə boş yer tapmaq mümkün deyil. Şabranın kəndlərində pay torpaqları peşkəş olunub. İş adamlarına və məmurlara satılan torpaqlarda yalnız malikanələr, imarətlər ucaldılır.

Ağalıq meşəsinin bir hissəsini məhv edən icra hakimi Novruz Novruzovun burada özünə şadlıq evi, hotel və restoranlar tikdirdiyi xəbər verilir. Bütün boş sahələri isə satıb pul qazanıblar. Ağalıq kəndində su və yol problemi də torpaq dərdi qədər az deyil.

Kəndlilər üzləşdiyi problemlə bağlı həm rayon İcra Hakimiyyətinə, həm müvafiq orqanlara müraciət ünvanlayıb.

Ancaq hələlik Ağalıqda "ağalıq” edən məmurlar və icra başçısı bu yurdun səfasını çəkir.

Adı keçən tərəfləri dinləməyə hazırıq.
Tarix: 6-05-2017, 08:54
Xəbəri paylaş





Xəbər lenti