Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirib - FOTO

Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirib - FOTO Bakının Nəsimi rayonunda sakinlər binaların arasında tikintinin başlanmasına görə etiraz aksiyası keçirib.
5-ci mikrorayon ərazisində yerləşən Asif Məhərrəmov küçəsi 46, 48, 50 və 52-ci saylı binaların sakinləri sıx ərazidə tikiləcək obyektin onların həyatını çətinləşdirəcəyini bildirir.
Sakinlər obyektin tikintisindən sonra 4 binaya gediş gəlişin çətinləşəcəyini, təcili tibbi yardım və yanğınsöndürən maşınların daxil olması üçün yolun bağlanacağını deyib.
İş icraçıları sakinlərə “Nicat” MMC tərəfindən tikiləcək obyektin şahmat məktəbi olacağını bildirib.
Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilən sorğunun cavabında isə bildirilib ki, həmin ərazidə şahmat klubunun tikintisi nəzərdə tutulmayıb.

report Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirib - FOTO
Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirib - FOTO
Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirib - FOTO
Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirib - FOTO
Tarix: 6-05-2017, 15:38
Xəbəri paylaş





Xəbər lenti