Dünya şöhrətli kriminal avtoritet Azərbaycana gəlir

Dünya şöhrətli kriminal avtoritet Azərbaycana gəlir Avtoritetin şəxsi təhlükəsizliyinin qorunması ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları ilə danışıqlar aparılır

Cinayətkar qrupların ümumi Avropa kassasının nəzarətçisinin adamları, onun şəxsi təhlükəsizliyinin təmin olunması üçün Azərbaycanın hüquq-mühafizə orqanları ilə danışıqlar aparırlar. Belə ki, cinayətkar qrupların ümumi Avropa kassasının nəzarətçisi, çeçen "qanuni oğru" Həmzət Qastəmirov (Şeyx Həmzət) yaxın günlərdə Azərbaycana gəlməyi planlaşdırır. Onun bu səfərdə məqsədi, 2016-cı ilin 18 avqustunda İstanbulun Barbarossa bulvarında qətlə yetirilən digər "qanuni oğru" Rövşən Lənkəranskinin qəbrini ziyarət etməkdir. Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbə məlumat verib. Dünya şöhrətli kriminal avtoritet Azərbaycana gəlir Hazırda Şeyx Həmzətin adamları Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri ilə danışıqlar aparırlar. Danışıqlarda kriminal avtoritetin şəxsi təhlükəsizliyi, səfər zamanı onu kimin müşayiət edəcəyi ilə bağlı məsələlər razılaşdırılır. Mənbənin sözlərinə görə, Qastəmirov, haqlarında beynəlxalq axtarış elan edilməsi səbəbindən vətənə gələ bilməyən bütün azərbaycanlı kriminal avtoritetlərin adından Rövşən Lənkəranskinin qəbrinə əklil qoymaq istəyir. Qeyd edək ki, Qastəmirov Almaniyada yaşayır və öz kriminal tituluna baxmayaraq, qanunlarla heç bir problemi yoxdur. O, hüquq-mühafizə strukturları tərəfindən heç bir təhlükə gözləmədən sərbəst şəkildə hərəkət edə və istədiyi yerə gedə bilir.

Siam.az
Tarix: 7-05-2017, 09:06
Xəbəri paylaş





Xəbər lenti