Milyonçu oğlunun avtoşluğu, yoxsa “Zadnı Rəhman”? - VİDEO

Milyonçu oğlunun avtoşluğu, yoxsa “Zadnı Rəhman”? - VİDEO Mayın 3-də 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə gənc qadını vuraraq öldürən 14 yaşlı Ağəli Fərəcovun "Porşe Kayen Magnum” markalı maşını ilə avoxuliqanlıq hərəkətlərini əks etdirən videosu yayılıb Axar.az xəbər verir ki, videoda Heydər Əliyev prospektinə çıxan körpüdə A.Fərəcovun avtomobili geriyə sürdüyü qeyd olunub.

Amma ötən il oktyabrın 3-də yayılan həmin videonun Bakının tanınmış avtoşlarından olan “Zadnı Rəhman”a aid olduğu barədə hələ o zaman məlumatlar getmişdi. Hadisənin Təhsil Nazirliyi istiqamətindən Heydər Əliyev prospektinə çıxan yol ötürücüsündə baş verdiyi görünürdü. Toy karvanında hərəkət edən "Porşe" markalı avtomobilin tərsinə hərəkət etməsi görənləri təəccübləndirmişdi.

Sürücü avtomobili bir neçə dəqiqə bu cür idarə edib. Avtoşluq edən sürücünü kameraya çəkən yaxını onu "Zadnı Rəhman" kimi təqdim etmişdi. Videonun yayılmasından iki gün sonra isə “Zadnı Rəhman” kimi tanınan avtoşun saxlanıldığı barədə xəbər yayılmışdı. Bu barədə açıqlama verən Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da bildirib ki, ötən gün Yutub sosial şəbəkəsinə yenidən yüklənərək yayılan video 2016-ci il 3 oktyabrda ictimailəşən görüntüdür:

"Bu video-görüntü ilə bağlı müvafiq tədbirlər görüldü. 2016-cı il oktyabrda həmin sürücü 25 sutka həbs cəzası aldı və sürücülük hüququndan məhrum edildi. Bu görüntülərin A.Fərəcova aidiyyəti yoxdur".

Əlbəttə, dollar və manat qalaqlarının altında, kafe-barlarda sulu qəlyan tüstüsü içində, bir neçə yüz minlik maşınlar və daha nələrlə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşan 14 yaşlı Ağəli Fərəcovun yaşam tərzi və tərbiyəsi ciddi müzakirə mövzusudur. Bu həyat tərzi yaşayan şəxsin 2 uşaq anası olan 24 yaşlı qadını yüksək sürətlə idarə etdiyi maşınla vurub öldürməsinin mənəvi və hüququ cəzası da olacaq, hətta Azərbaycan qanunlarında yetkinlik yaşına çatmayan uşaga bu cinayətinə görə həbs cəzası nəzərdə tutmasa belə. Ancaq etmədiyi cinayət də ona şamil olunmamalıdır.

Qeyd: müqayisə üçün 3.10.2016 və 4.05.2017-ci ildə yayılan videoları təqdim edirik:

Criminal.az
Tarix: 7-05-2017, 14:34
Xəbəri paylaş





Xəbər lenti