Şəhid anası məmur özbaşınalığından məhkəmələrdə qalıb

Şəhid anası yenidən Gəncə İnzibati İqtisad Məhkəməsinə müraciət etdi. Şəhid anası məmur özbaşınalığından  məhkəmələrdə  qalıb Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan şəhid anası Əsli Muradova 01 may 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Bərdə rayon şöbəsinin qanunsuz hərəkətindən Gəncə İnzibati-İqtisadi Məhkəməsinə yenidən iddia ərizəzəsiylə müraciət edib.
Xatırladaq ki, şəhid anası Əsli Muradova ötən ilin noyabrında Gəncə İnzibati İqtisadi Məhkəməsinə müraciət edib. DSMF-nin Bərdə rayon şöbəsinin şəhid statusu olduğu halda onun prezident təqaüdünü dayandırmasını qeyri-qanuni olduğunu bildirərək,18 iyul 2016-cı ildə adı çəkilən quruma müraciət etdiyini, 14 noyabr 2016-cı ilə qədər ona cavab verilmədiyi və bu hərəkətsizlikdən sonra məhkəmədən haqqının bərpasını xahiş edib. Gəncə İnzibati-İqtisadi Məhkəməsindən isə qəbul edilən qərar və bu qərarın fevralın sonuna qədər ünvanına çatmadığı bir sıra suallar otaya çıxarıb. Daha doğrusu məhkəmənin özünün obyektivliyini şübhə altına salıb.
Hakim R.Z. Mamedovun məhkəmə adından çıxardığı qətnamə nədənsə texniki şərtlər üzərində çıxarılıb.Şəhid anasının şikayətinin motivləri üzrə məhkəmədə işə baxılmayıb.DSMF-nin Bərdə şöbəsindən ananın statusu ola-ola ona qarşı təkrar status tələbinin hansı qanuna ya etikaya söykənməsi faktı araşdırılmayıb.Niyə? Şəhid anasının daşı bu qədərmi ağırdı, onu götürmək olmasın. Ya onun ərizəsi icraata qəbul edilmədən rədd edilsin.
Ananın yazdığı ərizə icraata qəbul edilməyib. Adı da olub ki, DSMF-yə göndərdiyin məktubun xəbərnaməsi yoxdur.Məktubun qəbzində ki, tarixdən sonra məktuba qol çəkilib. Bəs məhkəməyə göndərilən məktubun qəbzi əldədirsə, Raqub Məmtiyevin adı da qəbzin üzərində oxunursa , bu DSMF-dən soruşmaq çətin olardımı ki, Sizə Əsli Muradovanın göndərdiyi nə məktubdu?. Bu ağbirçək ana Sizdən istədiyi nədir? Soruşmaq olardı, heç şübhəsiz! Amma soruşmayıbdılar,Çünki, istəməyibdilər.Qəribəsidə ikinci məhkəmə instansiyası olan Apelyasiya Məhkəməsinin Şəfiqə Əliyevanın sədrliyilə keçirilən iclasında birinci instansiyanın qərarının müdafiə olunmasıdı. Heç olmasa ikinci instansiyada şəhid anasının haqqı müdafiə edilməyib.
Əsli Muradova 03.04.2017-ci ildə yenidən DSMF-nin Bərdə rayon şöbəsinin müdiri cənab Raquf Məmtiyevə eyni məzmunlu məktubuyla müraciət edib.30.04.2017-ci ilə qədər cavab almadığından yenidən DSMF-nin hərəkətsizliyindən məcburetmə aktının tətbiq edilməsi xahişiylə 01.05.2017-ci il tarixdə Gəncə İnzibati İqtisadi Məhkəməsinə iddia ərizəsi təqdim edib. Qəbz, xəbərnamə səbəbindən geri qaytarılan ana gözü qorxduğundan bu dəfə Bərdə Poçt Şöbəsindən məhkəməyə xüsusi məktub da hazırladıb ki, poçtalyon Asif məktubu şəxsən DSMF-nin Bərdə şöbəsinə təqdim edib.
Oxuculara bildiririk ki, Ə. Muradovanın oğlu Mübariz Muradov 1995- ci ilin 27 dekabrında ön cəbhədə- Murovdağ bölgəsində həlak olub. Hərbi hissənin verdiyi arayışda Muradov Mübariz Heydər oğlunun Azərbaycan Respublikasının Müdafiəsində Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub-deyə şəhidin ailəsinə məlumat verilib. Bərdə RİH, Bərdə rayon ƏSMM-i şəhid adı və şəhid ailəsi statusunu rəsmən təsdiq ediblər. 2008-ci ildən isə Bərdə ƏSMM-i statusu təsdiq etməkdən ötrü yenidən düşünməli olublar. Hərbi komissarlıqdan şəhidliyi təsdiq edən arayış tələb ediblər. Bunu ala bilməyən ana şəhid təqaüdünün dayandırıldığını düşünüb. 2014- cü ildə isə yenidən ona Bərdə ƏSMM-dən məktub gəlib ki, oğlunun şəhid olması barədə arayış təqdim elə. Və məlum olub ki, 2008-ci ildən sonra həmin vəsait, şəhid təqaüdü Ə. Muradovanın adından alınıb. ƏƏSMN-nin "Kapitalbank" bankomatlarından götürülən təsvirlər əsasında şəhid təqaüdünün Ə. Muradovanın deyil başqalarının götürdüyünü müəyyən etsə də, sonda Bərdə ƏSMM-nin müdiri Raqub Məmtiyev məsələnin məhkəmədə araşdırılmasına qərar verib. Alınan pulların geri qaytarılmasıyla bağlı şəhid anası Əsli Muradovaya qarşı Bərdə məhkəməsinə iddia ərizəsiylə müraciət edib.11 noyabr 2016-cı il tarixində Ə.Sarıyevin sədrliyi ilə keçən məhkəmə iclasında Ə. Muradovanın həqiqətəndə deyilən pulları almadığı müəyyən edildiyindən Bərdə ƏSMM-nin iddiası təmin edilməyib. İş üzrə dövlət vəsaitinin mənimsənilməsi faktı müəyyən edildiyindən məsələylə bağlı Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırmaların aparılması qərara alınıb.Korrupsiya idarəsində isə məsələnin araşdırılması barədə indiyənə qədər də hər hansı tədbir görülməyib.

Siam.az
Tarix: 8-05-2017, 16:19
Xəbəri paylaş





Xəbər lenti