Baş həkim niyə dindirilib? - İTTİHAM VAR

Baş həkim niyə dindirilib? - İTTİHAM VAR Baş həkim Fərhad Səfərovun DTX-nın istintaq izolyatorunda saxlanılan Habil Vəliyevlə yaxın münasibətdə olduğu bildirilir...
"Təzadlar"ın elektron poçtuna Şirvan şəhərindən daxil olmuş bir elektron məktub diqqətimizi çəkdiyindən qısa məzmunu barədə qənaətlərimizi bölüşməyi vacib bildik. Söhbət Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Baş həkimi Fərhad Səfərovun DTX-nın istintaq izolyatorunda saxlanılan Habil Vəliyevin cinayət işində adının keçməsi, buna görə istintaqa çağırılıb dindirilməsi məsələsindən gedir.

***
Xatırladırıq ki, 2016-cı ilin dekabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşları şantaj etməklə məşğul olan qrup üzvləri saxlanılıb. Bu barədə həmin dövrdə jurnalistlərə açıqlama verən DTX rəisi, general-polkovnik Mədət Quliyev reket “jurnalist”lərə qarşı keçirilən əməliyyatlardan danışıb. Son dərəcə sensasion açıqlamalar verən xidmət rəisi M.Quliyev həmin jurnalistlərin qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarını qeyd etmişdi: “Bu, qalmaqallı məsələdir. Müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər. Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Bunlara hüquqi qiymət veriləcək”.
Xatırladaq ki, həmin günlərdə DTX “Bizim dövr” qəzetinin (həmçinin eyni adlı saytın) redaktoru Surxay Əliyevi və onun müavini Hikmət Nəcəflini, eləcə də “Gündəlik Bakı” qəzetinin (həmçinin eyni adlı saytın) baş redaktoru Habil Vəliyevi həbs edilmişdi. DTX-in açıqlamasına görə həmin şəxslər gizli videoçəkilişlər aparmaqla və digər qeyri-qanuni yollarla şantajla məşğul olub, hədə-qorxu yoluyla şantaj olunan şəxslərdən pul qoparıblar. Həbs edilən jurnalistlərin barəsində Az.CM-nin bir neçə maddədi ilə cinayət işi başlanıb, DTX-nin İstintaq İdarəsində istintaq hərəkətləri davam etdirilir. (lent.az).
Və bu yaxınlarda "Təzadlar" müəyyən etdi ki, "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin həbsdən dərhal (!) azad edilməsi ilə bağlı Rusiyanın Sankt-Peterburq şəhərində Rusiyanın 6 ictimai hərəkatının, həmçinin "Qolos Narodov" İctimai Hərakatın, Regional İctimai Hərakatın, Rusiyanın Çeçen Diasporu Nümayəndəliyinin və s. təşkilatların rəhbərlərinin iştirakı ilə genişləndirilmiş mitinq keçirilib... Mitinqin xanım aparıcısı Habil Vəliyevin həbsini Azərbaycanda söz azadlığının kobud surətdə pozulması, jurnalistlərin hüquqlarının ciddi şəkildə pozulması kimi təqdim edir və Azərbaycan Prezidentindən Habil Vəliyevin dərhal azad edilməsini tələb edirlər. Hətta Rusiya Prezidenti V.Putinin bu məsələdə Prezident İlham Əliyevə təsir etməsi qeyd olunur.
Bəli, istintaq davam edir və bizə çatan məlumatlara görə, indiyədək çoxsaylı zərərçəkmişlər, həmçinin vaxtilə Habil Vəliyev və digərlərinə dəstək vermiş, onları himayə etmiş məmurlar, iş adamları da istintaqa çağırılaraq ifadələri alınıb.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, saytın elektron poçtuna daxil olan məktubda o da bildirilir ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərov da istintaqa çağırılıb... Döğrudanmı F.Səfərov Habil Vəliyevi müdafiə edənlərdən olub?
Məktub müəllifi yazır ki, "Fərhad Səfərov əvvəllər Habil Vəliyev tərəfindən şantaj edilib, lakin sonradan onunla yaxın münasibət qurublar, müntəzəm olaraq əlaqə saxlayıblar..." və sair detallar.
Məktub geniş olduğundan və xəstəxana ilə bağlı bəzi problematik məqamlar təqdim edildiyindən hələlik bu məsələyə toxunmuruq. Lakin bütün hallarda ictimai əhəmiyyət daşıyan belə bir məsələyə daha ətraflı aydınlıq gətirilməsi üçün Baş həkim Fərhad Səfərovun ......05-65 mobil telefonuna dəfələrlə zəng vursaq da cavab verilmir. Onun da mövqeyini öyrənməyə çalışırıq, bundan sonra ətraflı bəhs ediləcək.
Pravdainfo.org
Tarix: 9-05-2017, 17:12
Xəbəri paylaş





Xəbər lenti