Bu dəfə ona "qol vuracaqlar"... - Abdin Fərzəliyev yola salınır

Bu dəfə ona "qol vuracaqlar"... - Abdin Fərzəliyev yola salınır Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev vəzifəsindən alınır

Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.


Məlumatı verən mənbə açıqlamasında iddia edir ki, bu vaxta qədər müxtəlif vasitələr hesabını görəvini qorumağa müvəffəq olan Abdil Fərzəliyev görəv başında sanılı günlərini keçirməkdədir.

"Onun adı müxtəlif qalmaqallarda hallanıb. Amma hər dəfə qurtula bilib. Bu dəfə isə məsələ tamam fərqlidir" deyən mənbə onu da əlavə edib ki, Nərimanov RİH başçısı postuna iddialılar da bu yöndə hərəkətə keçiblər.

Dia.az bildirir ki, Abdin Fərzəliyevlə bağlı redaksiyamız geniş material hazırlayıb. Onu da yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 10-05-2017, 21:50
Xəbəri paylaş





Xəbər lenti