HAFİZ HACIYEV: “AZƏRBAYCANDA ASLAN İSMAYILOVUN ƏLİ İLƏ ERMƏNİLƏR QALİB GƏLİR”

HAFİZ HACIYEV: “AZƏRBAYCANDA ASLAN İSMAYILOVUN ƏLİ İLƏ ERMƏNİLƏR QALİB GƏLİR” Jurnalistlərin, QHT nümayəndələrinin, yaxud digər vətəndaş cəmiyyəti təmsilçilərinin "xalq diplomatiyası” adı altındakı ermənilərlə təmas yaratmasına indi də vəkil Aslan ismayılovun qoşulduğu deyilir

Məlumata görə, hüquqşünasın təşəbbüsü "xalq diplomatiyası”nın başqa bir forması şəklində təzahür edək.Məlumata görə, vəkil Türkiyədə yaşayan erməni iş adamının Azərbaycanda məhkəmə iddiası ilə bağlı hüquqların qoruyacaq.

Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev saytımıza bununla bağlı verdiyi açıqlamada isə,vəkillə bağlı daha maraqlı fikirlər səsləndirib.

Qeyd edək ki, partiya sədrinin səsləndirdiyi fikirlərdə cidid iddialar olduğun bəri başdan bəyan edirik.


MMP sədri qeyd edib ki, oçox təssüf hissi ilə qeyd edir ki,ermənilərlə Qidiliyanla iş birliyində olan Aslan İsmayılov Azərbaycanda at oynatmaqdadır: "Azərbaycan dövlətinin rəhbərliyinə arzuolunmaz ,ləyaqətsiz,özünə aid olacaq fikirlər səsləndirir.Misal üçün mənim əziz qardaşım, ölkə prezidenti İlham Əliyevin,Azərbaycan Respublikası Prezidnet Administrasiyasının rəhbəri,Akademik Ramiz Mehdiyevin ünvanına olmazın fikirlər səsləndirir.O cümlədən də erməniləri Azərbaycanda dəvət edir. Xüsusən də Türkiyədə yaşayan erməniləri.Hansı ki, Cəmil Həsənlidə qızını erməniyə ərə vermişdi.Mən onun üstün açdım.Həmin erməni adını-soyadını dəyişib ingilis adı-soyadı götürmüşdü.Bütün bunlar Azərbaycanda təcürbədən keçirilib.Bu gün Aslan İsmayılov Azərbaycanın paytaxtı bakıda ermənilərin müdafiəsinə qalxıb.Azərbaycanlı iş adamlarını ermənilərin əli ilə həbs etmək istəyirlər.Belə iyrənc üsula əl atan da Aslan İsmayılovdu”. Partiya sədri qeyd edib ki, onda bu yöndə məlumat var və vəkil Türkiyəli erməni əsilli iş adamını müdafiə edərək Azərbaycanda bizim iş adamlarından birinin həbsinə nail olmaq istəyir: "Belə görünür ki,ermənilər Bakıda yenə də qalib gəlirlər.Yəni ermənilərin sözləri Azərbaycanda keçərli olub.Bu çox iyrənc hərəkətdi və mən bunu kəskin şəkildə pisləyirəm”.

Hafiz Hacıyev Aslan ismayılovla bağlı daha da irəli gedərək cidid ittihamlar da sələndirdi: "İstərdim ki,Aslan ismayılov kimi bir erməni,bunun dədəsi də,anası da bilinmir kimdi.Vaxtıilə Gürcüstanda ermənilərlə iş quran adam,qurduğu bu əlaqələr nəticəsində Tiflisdə Cəmil Həsənlini,İsa Qəmbərovu tanış edən birisidi Aslan ismayılov.Bu gün bu adam Azərbaycan dövlətinin əleyhinə gedir.Çox təssüflər olsun ki,dövlətin bəzi məmurları da Aslan İsmayılovun həədlərindən,şantajlarından qorxduqlarından Azərbaycanlı iş adamlarına təyziqlər göstərirlər.Bu çox yolverilməz haldır.Belə çıxır ki,ermənilər Azərbaycanın iqtisadi və biznes sahələrinə də göstərə bilərlər.Bu namussuzliq,qeyrətsizlik sinvolu olar”.

Hafiz Hacıyev deyir ki, Aslan İsmayılov yuxarıda səsləndirdiyi fikirlərə görə, Azərbaycan vətəndaşlığından çıxarılmalı və ölkədən qovulmalıdır: "Aslan İsmayılov kimi ləyaqətini itirən,hər şeyini pula satan adam ölkə rəhbərliyinə qarşı dil uzadırsa,Qərbi Azərbaycanda ermənilər tərəfindən min bir işgəncəyə məruz qalmış soydaşlarımıza dil uzadırsa,bu adam ölkədən qovulmalıdır.Mən bir neçə gündür bölgələrdə səfərdəyəm.Qayıdan kimi Qərbi Azərbaycandan olan soydaşlarımızla birlikdə Aslan İsmayılovla bağlı məhkəməyə müraciət edəcəyik”.

Hafiz Hacıyev ölkənin hüquq-mühafizə orqanları tərəfindən ordu daxilində erməni kəşviyyatına işləyən satqınların aşgarlanaraq həbs edilməsi ilə bağlı da fikirlərini açıqlayıb. Partiya sədri qeyd edib ki, həyata keçirilən əməliyat nticəsində satqınların ifşa edilməsin dəstəkləyir: "Mən burdan hüquq-mühafizə orqanlarına çağrış edirəm ki, belə satqınlar təkcə ordu daxilində deyil,eyni zamnada ordudan kənarda da var.Bunlardan biri də Aslan İsmayılovdu.Bu adam sosial şəbəkələrdəki səhifələri vasitəsi ilə Azərbaycanla bağlı ermənilərə məlumatlar ötürür.Bu adamın sosual şəbəkələrdəki açıqlamalarına baxsalar,paylaşdığı müəyyən fikirləri təhlil etsələr görərlər ki,bu adam xəyanaətkardır”.

Redaksiyadan: Bir daha bəyan edirik ki, Hafiz Hacıyev Azərbaycanda rəsmi dövlət qeydiyyatı olan siyasi partiyanın sədridir və MMP-nın liderinin bu açıqlaması il əbağlı vəkil Aslan İsmayılovun da mövqeini dərc etməyə hazırıq. (Veteninfo.az)

Siam.az
Tarix: 11-05-2017, 14:28
Xəbəri paylaş





Xəbər lenti