Azərbaycanda insan haqlarının vəziyyət AŞPA sessiyasının gündəliyində



Sentyabrın 30-dan oktyabrın 4-dək  davam edəcək payız sessiyasında Azərbaycanda demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyətinin pisləşməsi mövzusunda müzakirələrin keçirilməsi gözlənilir.
Sentyabrın 30-da Assambleya sessiyanın ilk günündə mövzunun gündəliyə salınmasına səs verəcək.
Qərar qəbul olunara oktybarın 3-də isə  mövzu üzrə müzakirələr başlayacaq,  Turanın xüsusi müxbiri Strasburqdan xəbər verir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub.
AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi, fevral ayında baş tutan prezident seçkilərinə AŞPA-nın müşahidə missiyasını dəvət etməməsi ilə əlaqələndirib.
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini “qırmızı xəttin keçilməsi” və Azərbaycanın suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya adlandırıb.
Bundan əlavə sessiyada Sessiyada Vatslav Havel Mükafatı da təqdim ediləcək. Üç namizəddən biri həbsdə olan azərbaycanlı fəal Akif Qurbanovdur".
Mərasimdə 2022-ci il Mükafatının qalibi, Rusiyada həbsdən bir müddət əvvəl azad edilmiş Vladimir Kara-Murza da  çıxış edəcək.
 Sessiyada Julian Assange-ın saxlanması və məhkum edilməsi və onların insan hüquqlarına təsirləri ilə bağlı debatlar; Avropada təbliğat və məlumat azadlığı üzrə; Qolodomorun 90-cı ildönümündə isə Ukrayna növbəti dəfə soyqırım təhlükəsi ilə üz-üzədir. Miqrant qaçaqmalçılığı ilə mübarizə və itkin düşmüş miqrantların, qaçqınların və sığınacaq axtaranların taleyinə aydınlıq gətirmək üçün ortaq Avropa yanaşmasına dair birgə müzakirələr aparılacaq.
Tarix: Bu gün, 11:03
Xəbəri paylaş





Xəbər lenti