KİV: Budanov yaxın vaxtlarda vəzifəsini tərk edə bilər

“Ehtimal ki, onun varisi artıq seçilib”
Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov yaxın vaxtlarda vəzifəsindən azad oluna bilər. AYNA xəbər verir ki, bu barədə Ukraynanın “Novoye Vremya” nəşri yazıb.
Bildirilib ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı kimi səfir postunu tutmayacaq.
“Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov yaxın vaxtlarda vəzifəsini tərk edə bilər. Ehtimal ki, onun varisi artıq seçilib”, - nəşr yazıb.
Müəllif: Ayna.az
Tarix: Bu gün, 09:41
Xəbəri paylaş





Xəbər lenti