Milyoner olmağın Məhərrəm Əvəzov resepti…

Milyoner olmağın Məhərrəm Əvəzov resepti… Yaxud, sovet kadrının dollar imperiyası…
Bir müddət bundan öncə Abşeron rayonu Novxanı kəndinin sabiq bələdiyyə sədri Məhərrəm Əvəzovun yol verdiyi qanunsuzluqlardan, öz səlahiyyətindən sui-istifadə edərək hektarlarla torpaq shaəsini zəbt etməsindən bəhs etmişdik. Bu günlərdə cumhuriyyet.az-a mövzu ilə bağlı yeni iddialar daxil olub.

Keçmiş bələdiyyə sədri 3-9 yaşlı uşaqları belə mülk sahibi edib
Özəl mənbənin verdiyi məlumata görə, M.Əvəzov bələdiyyə sədri olan zaman 3, 9, 13 yaşlı uşaqların adına hər biri 10 sot olmaqla torpaq sahələri sənədləşdirib ki, bu da ən yaxşı halda qanunu ələ salmaq, ona həqarət etmək deməkdir. Lakin Novxanı ərazisində özünü hakimi-mütləq hesab edən M.Əvəzov atdığı addımın qanuna zidd olduğunu bildiyi halda azyaşlı uşaqları alqı-satqı münasibətində tərəf kimi seçməkdə tərəddüd etməmiş, yetkinlik yaşına çatmayan bu şəxsləri mülk sahibi etmişdir. M.Əvəzovun 30-a qədər bu cür “xeyirxahlıq nümunəsi” göstərdiyi ehtimal olunur.
Bələdiyyə sədri dövlət torpaqlarını öz yaxınlarına peşkəş edir – bir oxla iki quş…
Mənbənin sözlərinə görə, M.Əvəzovla bağlı çoxsaylı ilginc məqamlardan biri də onun aqrar islahatlarla bağlı qanuvericiliyə uyğun olaraq, ailələrə əvəzsiz olaraq torpaq sahəsi paylanması zamanı öz yaxınlarını ikiqat “mükafatlandırması” ilə bağlıdır: “Məlum olduğu kimi, torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hələ mərhum prezident Heydər Əliyev dönəmində torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə onların bir qisminin ailə üzvlərinin sayına uyğun olaraq əhali arasında bölünməsinə start verilmişdi. İslahatların ilk mərhələsi zamanı bütün yaxın-uzaq qohumlarına Novxanı ərazisinin ən baxımlı hissəsindən torpaq sahəsi ayıran M.Əvəzov, bir müddətdən sonra hər kəsi şoka salan daha bir addım atır. Eyni qanuna dayanaraq bütün yaxın çevrəsinə ikinci kəs torpaq sahəsi ayıran M.Əvəzov onların hər birinin adına 10-12 sot miqdarında torpaq sənədləşdirir. Hansı ki, keçmiş bələdiyyə sədrinin bu addımı bu günün özündə də Novxanı sakinləri arasında heyrət və istehsa ilə çəkilməkdədir”.
Məhərrəm Əvəzov sovet imperiyasının son yadigarlarını da pula çevirir: Yaşasın ABŞ dolları!
Bilgili qaynağın məlumatına görə, bələdiyyə sədri dönəmində Novxanıdakı bütün torpaq sahələrinə “əl gəzdirən” M.Əvəzov sovet dönəmindən qalma nəhəng tikililəri də diqqətdən kənarda qoymur: “M.Əvəzovun dönəmdə Novxanıda sovet quruculuq dövrünə məxsus xeyli sayda tikililər – anbarlar, fermalar, yemçilik təsərrüfatları və s. qalmışdı ki, bələdiyyə sədri bu tikililərlə bağlı da çevik qərarlar qəbul edir. Çox keçmir ki, həmin tikililər müxtəlif iş adamları, fermerlərinə yüksək qiymətə satılmağa başlayır. Sovet dönəminin daş abidələrini ABŞ dollarına çevirən M.Əvəzov Novxanıda satdığı obyektlər hesabına Bakıda nəhəng imperiya formalaşdırır. Belə ki, bələdiyyə sədrinin Novxanıda satdığı obyektlərin sayı artdıqca onun Bakıda aldığı mənzil və obyektlərin da sayı müvafiq olaraq artır. Və qısa zamandan sonra M.Əvəzov ölkə paytaxtında sözün həqiiq mənasında əsl sərvət kimi dəyərləndiriləcək çoxsaylı mülklərə sahib olur”.
Tarix: 13-05-2017, 10:06
Xəbəri paylaş





Xəbər lenti