Milyardlar və papaq məsələsi

Milyardlar və papaq məsələsi Məndən soruşsalar ki, son 50 ildə Rusiyaya gedən ən uğursuz, ən avam həmyerlimiz kimdir, kəndimizdən Rusiyaya gedən, beş-altı ildən sonra əli ətəyindən uzun, cibi boş şəkildə kəndə qayıdan eloğlularımı da göz önündə tutaraq deyərəm, ən əməzək həmyerlimiz milyarder Fərhad Əhmədovdur.

Təbii ki, gülərlər, deyərlər, ağzında milyarder deyirsən, milyardlara malik olmaq hara, uğursuzluq hara.


Amma hər şey var-dövlətlə, şan-şöhrətlə ölçülmür axı, təmiz ad, müsbət reputasiya, yerə soxulmamış papaq, izzət-nəfs, qeyrət-namus deyilən bir şeylər də var. Nə yazıq ki, milyarder həmyerlimiz sinninin ixtiyarlaşan çağında ailəsi tərəfdən ağır zərbə alıb.


Bundan daha pisi də odur ki, Əhmədovun keçmiş arvadı təkcə onun namusuna, şərəfinə xəyanət etməyib, həm də malına, puluna, milyardlarına xəyanət edib, onları yarıbayarı kişinin əlindən alıb. İndi o, az qala heç milyarder də deyil, milyonçudur.


Neçə gündür, orda-burda bu məsələyə dair söhbətlər gedir, camaat analiz edir: Fərhad Əhmədov strateji səhvini harada buraxıb? Cibində 48 manatla Rusiyaya gedəndə, yoxsa “adı da ki Tatyanə” olan, özündən 20 yaş kiçik qadını alanda?


Camaat ikinci versiyaya üstünlük verir. Çünki cibində 48-150 manatla bu ölkədən canını qurtarıb gedənlər yüz minlərlədir, heç biri də peşman deyil. Bir zamanlar bu,yeganə çıxış yolu idi. Əgər Fərhad Əhmədov gənc vaxtı riskə getməsəydi, özünü Rusiya adlı ucsuz-bcaqsız məmləkətin məchulluğuna atmasaydı, doğulduğu kənddə qalsaydı, böyüyüb gəlib milyarder Fərhad Əhmədov olmayacaqdı, traktorçu Fərhad olacaqdı, ən yaxşı halda kəndin icra nümayəndəsi olacaq, arayış-zad yazıb bir-iki manat alacaqdı.


Belə olsaydı, təbii ki, onun yeganə uduşu o olacaqdı ki, papağı salamat qalacaqdı. Məcazi mənada. Əlbəttə ki, papaq salamatlığı deyəndə traktorçu Fərhadın ağır iş zamanı papağının yağa-mazuta batması, külək vurması səbəbində başından qopub palçığa düşməsi nəzərdə tutulmur. Papağın bu sayaq fiziki təsirlərə məruz qalması boş şeydir. Əsas odur ki, papaq kişinin xanımı tərəfindən yerə soxulmasın. Onu da ki, traktorçu Fərhadın həyat yoldaşı Gülnisə (ad şərtidir) etməyəcəkdi. Çünki bu kmi hərəkətlər başqa coğrafi məkanlara baxanda 39-42-ci paralellərin bu səmtində yayğın deyil.


İntəhası, necə deyərlər, Allah bir tərəfdən verəndə də o biri tərəfdən alır. Fərhad Əhmədova verilən milyardların bədəli də odur ki, adama xəyanətkar bir qadın qismət olub, o da gedib milyarderimizin oğlunun sinif yoldaşları ilə (hələ bu,onun boynuna qoyulandır) oturub-durub.
Nankor qadın. Əgər vaxtında F.Əhmədov ona yiyə durmasa, alıb arvad etməsə, yəqin ki, adı və şəkli ən yaxşıhalda “Moskva fahişələri” elektron kataloqunda yer alacaqdı, ya da özü paytaxt şosselərinin qırağında durub müştəri gözləyəcəkdi. Ancaq işə baxın ki, fitrətində fahişəlik olan birisi bu saat Londonda kraliçalar kimi həyat yaşayır, üstəlik, keçmiş ərindən də əl çəkmir, bu nə vaxt bir alqı-satqı əməliyyatıedib yeni milyonlar qazanır, Tatyana kişini verir məhkəməyə, qazndığının yarısını əlindən alır.


Görünür, mlyarder Əhmədov bu məsələni ona görə ictimailəşdirməli oldu. Yoxsa papağı ilə əlaqədar sarsıntılar yaşamış heç bir kişi bu məsələni hələm-hələm ictimailəşdirib postsovet məkanını özünə güldürmək istəməz. Çünki bu məsələ “kişinin başına iş gələr” idiomatikasının altına girmir, kişi idiotizminin böyrünə qısılır.


O gün bir xanım bu məsələyə dair dərc olunmuş məqalənin altına təxminən belə bir şərh yazmışdı ki, o milyarderə haqq olur, özümüzün gül kimi sədaqətli, yanımcıl qızlarımızı burda qoyub, gedib Moskvanın lotuşkalarını alanda elə də olmalıydı.


Baxırsan ki, bu xanım da haqlıdır. Amma qismən. Çünki burda qalanda adamın milyarder olmaq şansı olmur, uzaqbaşı kəndin icra nümayəndəsi ola bilir, o da bir gün seçki məntəqəsində seçicilər səsverməyə 95 faiz gəlmədiyi üçün çıxarıb atırlar bayıra, işsiz qalır, axşam da evə gedəndə Gülnisə üstünə acıqlanır ki, xalxın kişiləri qaz vurub qazan doldurur, sən də gün axşamacan çayxanada domino oynayırsan. Kişi də papağını qabağına qoyub acı-acı fikirləşir ki, Rusiyadan nahaq qayıtdım,Tatyana da gül kimi qız idi, onu alsaydım, bəlkə də indi milyonçuydum.


Bu halda adam ağlına gətirmir ki, indi heç olmasa papağı gözünün qabağındadır, dalda yerdə xroniki şəkildə yerə soxulmur.
Yəni traktorçu və ya İH nümayəndəsi olmağın da öz riskləri var, qıraq yerdə milyarder olmağın da öz çətinlikləri var. Asan deyil.

Samir SARI
Tarix: 15-05-2017, 09:19
Xəbəri paylaş





Xəbər lenti