“TT” 10 min manatı tələb edir – ÖZƏL

“TT” 10 min manatı tələb edir – ÖZƏL “Əgər ifadələrdə mənimlə bağlı iddialar doğrudursa, o zaman mənə ayrılan 10 min manat mükafatı tələb edirəm”. Bu sözləri 24saat.org-a MTN-nin “agent qalmaqalı”nda adı hallandırılan Elnur Vaqifoğlu bildirib.

Yada salaq ki, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyevlə barəsindəki cinayət işinin istintaqı zamanı verilən ifadələrdə Elnur Vaqifoğlunun “TT” kod adı ilə agent kimi fəaliyyət göstərdiyi qeyd edilib. İfadədə bildirilib ki, Elnur Vaqifoğlu 2014-cü yanvar ayının 30-da Taleh Bağırzadənin Müsəlman Birliyi Hərəkatı yaratması barədə MTN-ə məlumat verib və bunun müqabilində 10 min manat pul mükafatı alıb.


İFADƏDƏN ÇIXARIŞ“Etibarlı şəxs “TT”-Məmmədov Elnur Vaqif oğlu ilə 30.01.14-cü ildə etibarlı münasibətlər yaradılmışdır. 2011-ci ildə AR CM-nin 311.1 maddəsi ilə təqsirli bilinərək 4 il həbs cəzası almış “TT”, Taleh Bağırovun “Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə məlumat vermiş, buna görə E.Quliyevin 30.01.14-cü il tarixli raportu ilə ona 10.000 AZN birdəfəlik pul mükafatı verilmişdir. Lakin bu məlumat asasında görülmüş tədbirlər barədə işdə heç bir qeyd yoxdur.”
Elnur Vaqifoğlu isə deyir ki, həmin vaxt o həbsdə olub. Onun sözlərinə görə, ifadədə qeyd edilənlər həqiqətdən uzaqdır. “Lakin artıq mənim adım agent kimi hallanıb. Ona görə də, mənə verildiyi iddia olunan 10 min manat pul mükafatını tələb edirəm”, – deyə Elnur Vaqifoğlu bildirib.
Tarix: 17-05-2017, 14:27
Xəbəri paylaş





Xəbər lenti