Restoranlarda fotoqraf monopoliyası: qiymət diktə edilir, kənar fotoqraflara imkan verilmir

Restoranlarda fotoqraf monopoliyası: qiymət diktə edilir, kənar fotoqraflara imkan verilmir İstədikləri qiyməti diktə edir, üstəlik kənardan kiminsə şəkil çəkməsinə imkan vermirlər.

Siam.az Milli.Az-a istinadən bildirir ki, söhbət şadlıq saraylarında yaradılan fotoqraf monopoliyasından gedir. Belə ki, rrestoran fotoqrafları ya gələn fotoqrafi ümumiyyətlə zala buraxmırar, ya da müəyyən məbləğdə pul tələb edirlər.

Bu problemlərlə əksər toy məclislərində üzləşilir və daim narazılıq və mübahisələrə səbəb olur. Hətta bəzi şadlıq saraylarında fotoqraflar dəyərindən dəfələrlə baha olan albomu bəy və gəlinə sırımaq istəyir. Razı olmaynda isə bəy və gəlinin şəklini çəkməkdən imtina edirlər. Bu, həm də toy günü baş verdiyindən çox vaxt məclis sahiblərinin başqa imkanı qalmır və məcbur olub, diqtə edilən şərtlərlə razılaşırlar.
Çünki onlar kənardan fotoqraf gətirməyə də qoymurlar.

İş o yerə çatıb ki, bəzi restoranlar bunu menyu vərəqəsində də elan edirlər.

Kimsə özünə fotoqraf gətirmək istəyirsə, onda restorana əlavə pul ödəməli olur.
Şadlıq saraylarının inzibatçıları da belə halları etiraf edirlər. Onlar bildirir ki, bunun səbəbi restoran sahiblərinin fotoqraflara plan qoymasıdır. Yəni şadlıq evləri ilə fotoqraflar əvvəlcədən razılaşır, bunun yükü isə axırda toy sahibinin üzərinə düşür.
Fotoqrafların planı isə zaldakı qonaqların sayından və restorandan asılı olaraq dəyişir. Məbləğ isə adam başına 60 qəpik - 1 manat arasında dəyişi.

İnzibatçılar bildirirlər ki, bunu əlavə pul qazanmaq yox, guya restoranın imicini qorumaq üçün edirlər.

Hər halda bu cür problemlərlə rastlaşmamaq üçün restoranla danışıqlarda toydan əvvəl bu detalları razılaşdırmaq lazımdır. /xezerxeber.az

Siam.az
Tarix: 25-08-2017, 08:05
Xəbəri paylaş





Xəbər lenti