AZAL-ın 29% endirim yalanı- Sərnişinlərə biletlər bitib cavabı verilir……


“TURİST OLMAĞIN VAXTIDIR!” şüarı altında təşkil edilən kampaniya sentyabrın 29-dan 30-na kimi davam edəcək.


XALQ.AZ məlumat verir ki,belə çağırışla AZAL müştərilərini aldadır.
Bu günlərdə AZAL  29% endirimlə bağlı kampaniya keçirilməsi ilə bağlı sosial şəbəklərdə elanlar paylaşıb. Bu kampaniyadan yararlanmaq istəyən müştərilər isə bunun yalan olduğunu aşkar ediblər. Elanda göstərilən  1 oktyabr- 25 dekabr tarixlər arasında keçirilən kampaniyada artıq  aşağı sinif biletlərinin olmadığı cavabı verilib.

Belə ki, Ramin Quliyev adlı vətəndaş  Bakı-Berlin reysinə ekonom  bilet bitdiyi cavabını alıb.  Samirə Hacıyeva adlı müştəri isə Bakı-Moskva-Bakı bileti isə oktyabr ayında 915 manata təklif olunub,eyni qayda ilə yaxın günlər üçün nəzərdə tutulan uçuş üçün ekonom sinfinə aid biletlərin bitidiyi bildirilib. Araşdırmalarımı zamanında məlum olmuşdur ki, AZAL -ın  29% endirimlə bağlı kampaniyası baha qiymətinə olan bilətlərə aid edilib. Belə ki, bir neçə müştəriyə eyni cavab verilib ki, ekonom bilet bitib. Belə hal ilk dəfə deyil.
Qeyd edək ki, AZAL-dan vətəndaşlar mütəmadi sosial hesablarında şikayətlər yazır.Xəbər verdiyimiz kimi, Bakı-Naxçıvan və Naxçıvan- Bakı reysinə biletlərin tapılmadığı vurğulanır.
Bütün bunlarla bağlı “AZAL” sorğularımıza cavab vermir.
Tarix: Bu gün, 16:19
Xəbəri paylaş





Xəbər lenti