Qulaqsız qalan ''vor zakon'' Masallınski ''Lotu Quli''yə qarşı məhşur azərbaycanlı ''qanuni oğru''larla birləşdi - FOTO

Qulaqsız qalan ''vor zakon'' Masallınski ''Lotu Quli''yə qarşı məhşur azərbaycanlı ''qanuni oğru''larla birləşdi - FOTO Rafiq Masallınski ''Lotu Quli''yə qarşı müharibədə ''qanuni oğru''lar tərəfindən ad alıb və dəstəklənib.

Azərbaycanlı ''qanuni oğru''ların müharibəsi yenidən qızışır. ''Rafiq Masallınskiy'' kimi tanınan ''qanuni oğru'' Rafiq Eyvazov möhkəm döyülməyinə və qulağının kəsilməyinə görə, qisas almağa davam edir. Rafiq Eyvazov ''Lotu Quli''yə qarşı mübarizəyə bir neçə azərbaycanlı ''qanuni oğru''ları cəlb edib. Oğrular Rafiqə nəinki dəstək olurlar, hətta Qulinin kriminal biznesinə zərbə vurmaq istəyirlər. ''Lotu Quli'' isə bu plana qarşı əməliyyat hazırlayır.
Qulaqsız qalan ''vor zakon'' Masallınski ''Lotu Quli''yə qarşı məhşur azərbaycanlı ''qanuni oğru''larla birləşdi - FOTO
Qulaqsız qalan ''vor zakon'' Masallınski ''Lotu Quli''yə qarşı məhşur azərbaycanlı ''qanuni oğru''larla birləşdi - FOTO
Rafiq Masallıniskiy

''Rosbalt'' yazır ki, qulaqsız qalan Rafiq Masallınski ''Lotu Quli'' ilə mübarizədə Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulski) və və Ceyhun Əsgərov (Ceyhun Gəncinski) ilə artıq birləşib. Emin Hacıqabulski hazırda Rusiyada həbsdədir.

Rafiq Eyvazov həm də Suxumi avtoritetləri tərəfindən dəstək alıb. Həmin avtoritetlər isə əvvələr Rövşən Lənkəranskinin ''klan''ına daxil olublar. Əsas dəstək olan isə Rövşənin qohumu Zaur Lənkəranskidəndir.

Qulaqsız qalan ''vor zakon'' Masallınski ''Lotu Quli''yə qarşı məhşur azərbaycanlı ''qanuni oğru''larla birləşdi - FOTO

Emin Hacıqabulski

Onlar Rusiya paytaxtının əsas regionlarında işlər aparır. Orda həm də Rafiq Eyvazov və onun adamlarının payı var. Bir müddət əvvəl Rafiq Eyvazovun adamları ''Lotu Quli''nin adamlarını həmin yerlərdən çıxarmışdılar. İndi isə oğrular düşmənlərinin kriminal biznesinə zərbə vurmağa qərar veriblər. Mənbənin verdiyi məlumata görə, birləşmiş kualisiya artıq ''Lotu Quli''nin himayəsində olan bir neçə biznesmeni talayıblar. Həmin biznesmenlər Nadir Səlifovla əməkdaşlıq etdiyinə görə belə bir zərbəyə məruz qalıblar.

Qulaqsız qalan ''vor zakon'' Masallınski ''Lotu Quli''yə qarşı məhşur azərbaycanlı ''qanuni oğru''larla birləşdi - FOTO
Ceyhun Əsgərov

Bütün ''qanuni oğru''ların birləşməsi Nadir Səlifov üçün gözlənilməz olub. Ona görə də o, artıq əməliyyat planı hazırlayır. ''Lotu Quli''nin nəyə qadir olduğunu bilən Rusiya hüquq-mühafizə orqanı əməkdaşları yaxın günlərdə Moskvada silahların işə düşəcəyini gözləyirlər.

Bu ilin aprelində Rafiq Eyvazovun adamları ''Lotu Quli''nin 42 yaşlı yaxını Cabir Həsənovu öldürüblər. Həsənovu Rafiqin adamları Sankt-Peterburqda binanın qarşısında güllələyiblər. Polis killeri tutub və o, 42 yaşlı azərbaycanlı Nazim Nüsrətov olub. Bu ilin mayında isə Odessada ''Lotu Quli''nin iki adamı - İlham Hacıyev və Oqtay Arxalıya sui-qəsd edilib. Onlar BMW X5 markalı avtomobildə silahlı hücuma məruz qalıblar və yüngül xəsarətlə canlarını qurtara biliblər.



Müharibə isə 2016-cı ilin dekabrında alovlanıb. Rafiq Masallınski İstanbulda Rövşən Lənkəranskinin əmisi oğlu ilə görüşüb. Pul müqabilində 'Lotu Quli''nin qardaşlarının ünvanlarını alıblar. Bu hadisə isə ''Lotu Quli''yə çatıb və Eyvaza qarşı əməliyyat edib. Eyvaz möhkəm döyülüb və qulağı kəsilib.

Criminal.az
Tarix: 25-08-2017, 14:14
Xəbəri paylaş





Xəbər lenti