İntihar edənlər son anda eybəcər cəmiyyətdə doğulmalarının təəssüfünü çəkir

İntihar edənlər son anda eybəcər cəmiyyətdə doğulmalarının təəssüfünü çəkir
Hikmət Nikbin

Azərbaycan Respublikasının ictimai həyatına nəzər salsaq , görərik ki, hakimiyyətdən dəstək alanlar,eləcə də hakimiyyətdə təmsil olunub hakimiyyətdən yararlananlar, indi də hakimiyyətin içində fərqli görünmək görüntüsü yaratmaq istəyindədirlər(dərinlikləri də yoxdur). Yarıtmaz iqtidarın nəzərindən düşməməyə cəhd edənlər “çöl” həyatlarında da özlərini Xalqa Xalqın tərəfi kimi göstərməyə can atırlar. Təbii ki, mütərəqqi cəmiyyətlərdə İqtidarla Xalq vahid olmalıdır, bir olmalıdır. Ancaq Ölkə idarəçiliyi Azərbaycan xalqını çoxdan itirib axı. Bir də məqsədli yanaşmalara nə ehtiyac. Bu barədə yazmazdım. Əgər İ.Əliyevin Cümhuriyyətin 100 illiyi ilə əlaqədar məlum qərarı olmasaydı. Öncə onu deyim ki, artıq, komanda özünü kərpic-kərpic, daş-daş itirməkdədir. Siyasi ömrünü uzatmaq üçün bu qərar da bir dayaz düşüncədən qopan, cavabı 1+1 qədər bəlli olan siyasi priyom. Özünü milli göstərmək priyomu. Əks halda 25 illik hakimiyyətləri dövründə Cümhuriyyətin ən azından 80; 85; 90; 95 illik yubileyindən birini keçirərdi. Dediyim kimi siyasi fəaliyyətinə milli rəng qatmaq istəyir. Ancaq bu da bir həqiqətdir ki, bu iqtidar Azərbaycan tarixində eləcə, bu sərəncamla da qalacaq. Başqa nə işi var ki ? Artıq bu hakimiyyətin getdiyini hiss edən “çeviklər” bir ayaqlarını həqiqət tərəzisinin (Xalq), bir ayaqlarını da yalan tərəzisinin(iqtidar) üstünə qoyublar. Bunlara inanmamaq ! Hakimiyyətin” bir ayağı üstə” qalması danılmaz faktdır. O, olduqca zəifləyib, özünü “xilas” etməsi mümkünsüz. Tam şəkildə demək olar ki. İdaəçiliyin sanılı günləri qalıb. Azərbaycan cəmiyyəti yeni bir dalğaya, yeni bir təkana “hamilədir”. Siyasi havanın dəyişəcəyini təxmin edənlər üçün bu sərəncam isə “göydən düşmədir”. Özlərini ədalətli, milli. Vətənpərvər, dərin, düşüncəli göstərmək üçün. Maşallah, təklif təklif dalınca gəlir. Bəs, bu məlum sərəncama qədər bu təklifləri dilinizə niyə gətirmirdiniz? Yəni bu tezliklə də köynək dəyişmək mümkünmüş? Təbii ki, tarixdə heç kimi nə kiçiltməli, nə də şişirtməliyik ! Hər bir kəsi öz boyunda, öz siyasi əmsalında görməliyik. “mövsümşünas” adamlardan fərqli olaraq mən Azərbaycan vətəndaşı kimi Cümhuriyyət rəsmilərini müstəqilliyimizi qoruya bilməməkdə, H.Əliyev iqtidarını da ərazi bütövlüyümüzü bərpa edə bilməməkdə qınayıram. Qınamaq mənim Vətəndaşlıq haqqımdır.Bu günün prizmasından baxanda isə bütün sferalarda məğlubiyyətlərimizlə “lider” dövlətə çevrilmişık. Ölən adamı orkestrlə götürmək onun dirilməsini mümkün etmədiyi kimi, təriflər, bəh-bəhlər bir problemimizin belə həlli deyildir. Hakimiyyət özünü Azərbaycan xalqına uduzub. Çünki Xalq hakimiyyətsiz bir həyat yaşayır. PA, NK, MM, digər nazirliklər yox kimidirlər, hiss edilmirlər. Var, nə xeyir Xalqa, yox, nə itirir ? İ.Əliyev Davosda Azərbaycanın fundamental azadlıqlarından danışır. 100 illərlə müstəqil həyatda fasiləsiz olaraq cəmiyyətlərinin hüquq və azadlığı uğrunda mübarizə aparan ölkələrin dövlət başçıları fundamental azadlığı dillərinə gətirməyə ürək etmirlər. Müstəqillik tarixi bir qərinə olmayan, torpağına qəsd edilən, 100 minlərlə köçkünü olan Respublikamızın başçısı fundamental azadlıqdan danışır. Görəsən, bu hakimiyyətdə məntiq deyilən nə isə tapa biləcəyikmi ? Bu gün Azərbaycan insanının gücü ipə və ayaqlarının altından vurub yıxdığı stula çatır. Bilirsinizmi, özlərini öldürənlər son nəfəsdə nəyin təəssüfünü çəkirlər. Eybəcər günə düşmüş cəmiyyətdə doğulmalarının.
Tarix: 30-01-2018, 09:34
Xəbəri paylaş





Xəbər lenti