Məcburi köçkünlər Nazirlər Kabinetini məhkəməyə verib- ONLAR DONDURULMUŞ ƏMƏKHAQQLARINI TƏLƏB EDİRLƏR

Məcburi köçkünlər Nazirlər Kabinetini məhkəməyə verib- ONLAR DONDURULMUŞ ƏMƏKHAQQLARINI TƏLƏB EDİRLƏR
Dondurulmuş əməkhaqqını ala bilməyən məcburi köçkünlər Nazirlər Kabinetini məhkəməyə veriblər.

Gununsesi.info-nun xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanan iddia ərizəsində qeyd edilib ki, 13.11.2017-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, bilavasitə baş nazir Artur Rəsizadəyə 2 sualı əhatə edən sorğuyla müraciət ediblər.

Nazirlər Kabineti sorğu müraciəti 15.12.2017-ci ildə qəbul edərək qeydiyyatdan keçirsə də, bu günədək ona cavab verilməyib.

Nəzərinizə çatdıraq ki, sorğuda 23 ildə 6951 nəfər məcburi köçkünün nəyə görə, işlə təmin edilmədiyi qeyd olunub. Eyni zamanda bildirilib ki, bu vətəndaşlar işlə təmin edilmədiyi halda hansı hüquqi əsasla 1994-cü ilin 10 may tarixli, 181 saylı qərarın 2-ci hissəsinin müddəti 2017-ci il üçün uzadılmayıb və müvafiq müavinətin ödənişi faktiki olaraq dayandırılıb.

Gülnaz Qənbərli
Tarix: 31-01-2018, 16:09
Xəbəri paylaş





Xəbər lenti