Adına həkim deyim, yoxsa “qəssab”?..

Adına həkim deyim, yoxsa “qəssab”?..
Azərbaycan səhiyyəsi insanları öldürür. Əlimizə hər gün bunu təsdiqləyən neçə-neçə fakt gəlir. Həkim səhvi üzündən həyatını itirən, ayağı kəsilən, əməliyyatdan şikəst çıxan şəxslərlə bağlı mətbuatda dəfələrlə yazılıb.
Bənzər bir faktı da bu gün şair Sabir Yusifoğlu sosial şəbəkədə paylaşıb. O yazır ki, bu günlərdə yaxın qohumu daxili orqanlarını müayinə etdirmək üçün xəstəxanaların birində UZİ-dən keçib. Müayinədən keçən pasiyentə maraqlı nəticələr təqdim olunub. Daxili orqanlar sırasında dalağın ölçüsü, spesifik göstəriciləri də yer alıb və onun normal vəziyyətdə olduğu yazılıb. Pasiyent həkimə xatırladıb ki, onun dalağını on beş il öncə kəsib çıxarıblar. Həm də elə onun özü- UZİ müayinəsindən keçirən həkim kəsib çıxarıb. Həkimin adını çəkmək istəmədiyini qeyd edən şair yazır ki: “Adam tanınmış cərrahdı, insafən, yaxşı da cərrahdır. Sadəcə, UZİ-ni yaxşı bilmir, simicliyindən-acgözlüyündən xəstəni UZİ-ni bilən həkimə göndərmir…”

Başdan-başa rüşvət bataqlığında çapalayan tibb müəssisələrində bənzər hadisələr, bəlkə də, hər gün baş verir. Buna bənzər faktları hər kəs həkim yaxınlarından maraqlanıb öyrənə bilər. Səhiyyəmiz bərbad durumda. Həyatımız bizə canlı insan kimi deyil, qazanc obyekti kimi baxan qəssabların əlində. Hələ bundan sonra olacaqları özünüz düşünün…

Siam.az
Tarix: 3-02-2018, 16:04
Xəbəri paylaş





Xəbər lenti