ZİYA MƏMMƏDOV VASİF TALIBOVA MİNNƏTÇİ DÜŞÜB! – “Qudası generaldan xahiş edib ki…”

ZİYA MƏMMƏDOV VASİF TALIBOVA MİNNƏTÇİ DÜŞÜB! – “Qudası generaldan xahiş edib ki…” Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovu ölkə rəhbərliyinə minnətçi salmağa təşəbbüs göstərib.

AFN-nin məlumatına görə, sabiq nazirin sürücüsü Bəhruz Xəlilov qudası, Naxçıvan Əlahiddə Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevdən Z.Məmmədovun xahişini edib.

Məlumata görə, bu yaxın günlərdə Bakıdakı böyük restoranlardan birində Kərəm Mustafayevin qohumunun toyu olub. Həmin toyda iştirak edən Bəhruz Xəlilov qudasından Ziya Məmmədovun xahişini edib. Onun istəyi bundan ibarət olub ki, Vasif Talıbov ölkə rəhbərliyinə Ziya Məmmədovla bağlı ağız açsın, onun var-dövlətinin əlindən alınması prosesi dayandırılsın. Kərəm Mustafayevin qudasının bu xahişinə necə reaksiya verdiyi məlum deyil.
Tarix: 9-02-2018, 21:02
Xəbəri paylaş





Xəbər lenti