Canıyevin öldürə bilmədiyi “Lotu Quli”nin ətrafı “təmizlənir” - böyük savaş...

Canıyevin öldürə bilmədiyi “Lotu Quli”nin ətrafı “təmizlənir” - böyük savaş...
Moskvada Azərbaycan cinayətkar qruplaşmasının liderlərindən olan Fuad Rzayev və onun onlarla tərəfdarı saxlanılıb

FİA.Az-ın məlumatına görə, Fuad Rzayev Lotu Qulinin adından iri ticarət obyektləri, habelə meyvə-tərəvəz bazarlarından xərac yığmaqda günahlandırılır.

“Afo” ləqəbli Fuad Rzayevə Moskvadakı hərəkətlərinə görə səlahiyyəti Quli verib. Məhz Rzayev iş adamları ilə görüşür, onlardan ümumi xəzinəyə ayda 35 min dollar verməyi tələb edirmiş.

Rzayev bir neçə mobil telefondan istifadə edirmiş. Bütün məsələləri isə üzbəüz yox, telefonla həll edirmiş. O, daimi yaşayış yerini dəyişirmiş.

Amma polis onun izinə düşə bilib. Dolqoprudnı rayonunda onun yaşadığı mənzilin yerini öyrənən xüsusi təyinatlılar evə hücum çəkiblər.

Bu arada Rzayev özünə 4 bıçaq zərbəsi vurmağa da imkan tapıb. O, dərhal xəstəxanaya aparılıb. Lotu Quli həbsdən çıxdıqdan sonra onun ətrafının təmizlənməsi prosesi gedir.

Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin ona sui-qəsdi baş tutmasa da, Qulinin həyatına təhlükə hər zaman var.

Üstəlik, adamlarının saxlanması onun erasının tezliklə bitiriləcəyi şübhələri yaradır. Ukrayna Milli polisi də öz hərəkətləri ilə ölkədəki kriminogen vəziyyətə təsir göstərən əcnəbiləri hədəf alan operativ-profilaktika əməliyyatına başlayıb.

Məqsəd Ukrayna ərazisində qanunazidd əməllər törədilməsini təşkil edən şəxslərin müəyyən edilib ölkədən xaric olunmasıdır. Belələri hətta cinayət törətməsələr də Ukraynadan xaric olunacaqlar.

“Bunlar mütəşəkkil qruplaşmaların liderləri, “vor zakon”lardır. Belələri ciddi nəzarət altında olmalıdır.

Ölkə ərazisinə daxil olandan etibarən onların hərəkəti izlənilməlidir. Əməliyyatçılar belələrinin barəsində hələ cinayətə hazırlıq mərhələsində xəbər tutmalı və onları yaxalamalıdır” - Abroskin deyib.

Ukrayna hüquq-mühafizə orqanlarının və Avakovun özünün bundan əvvəlki bəyanatları nəzərə alınarsa həmin əməliyyatın əsas hədəfinin “Lotu Quli” olduğu təxmin edilir.

Son vaxtlar yayılan xəbərlərə görə onun adamları Ukraynaya yollanıblar və Arsen Avakovun qoruya bilmədiyi azərbaycanlı biznesmenlərə “krışa” təklif edirlər.

FİA.Az-ın məlumatına görə, Lotu Quli ilə Namiq Canıyev çəkişməsinin yeni dövrünün başlanacağı gözlənilir.

18 avqust 2016-cı il tarixində İstanbulun Barbarossa bulvarında öldürülmüş "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) qətli ilə bağlı cinayət işində və onun məmur qardaşı Namiq Canıyevin Türkiyədə saxlanılması məsələsində yeni dönüş yaranıb.

Belə ki, Moskvadakı "Çerkizov bazarı"nın və Türkiyədəki "Mardan Palas"-ın keçmiş sahibi, azərbaycanlı biznesmen Telman İsmayılov indi də Rövşən Lənkəranskinin qətlində günahlandırılır.

Rusiya KİV-ləri Rövşən Lənkəranskinin böyük rezonans doğurmuş qətlində Telman İsmayılovun adının hallandığını yazır.

Sən demə, Telman İsmayılov "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) qardaşı Namiq Səlifov vasitəsilə killerlərə Rövşən Lənkəranskinin yeri barədə məlumat verib.

Məsələ ondadır ki, Namiq Səlifov "Çerkizov bazarı"nın sabiq sahibinin Ankaradakı villasında onun xüsusi qonağı olub.

Rövşən Lənkəranskinin qətlinin üstü rəsmən açılmayıb və bu cinayətdə Lotu Qulinin əlinin olduğu da sübuta yetirilməyib.

Lakin bir sıra kriminal dairələr əmindir ki, Lənkəranski Lotu Qulinin əli ilə aradan götürülüb. Çünki, uzun müddətdir onlar arasında həll olunmayan münaqişə vardı.

Kriminal dairələrə və Rövşən Lənkəranskiyə yaxın, adlarının çəkilməsini istəməyən mənbələr Sputnik Azərbaycan-a deyiblər ki, onlar Telman İsmayılovun kriminal avtotitetin aradan götürülməsində heç bir şəkildə iştirak etmədiyini bilirlər.

Üstəlik, bu informasiya bir tərəfdən məlumatlı insanları əyləndirir, digər tərəfdən isə xəbərdar edir.

"Hamı bilir ki, Telman İsmayılov Rövşən Lənkəranski ilə yaxın olub. Bu dostluğun əlaməti olaraq İsmayılov "Mardan Palace"dakı nömrələrdən birini pulsuz olaraq "qanuni oğru" və onun adamlarının sərəncamına vermişdi.

Və onlar orada yaşayırdılar. Telman İsmayılov və Rövşən Canıyev yaxın dost idilər. Biz bilirik ki, bu informasiya yalandır" - mənbə bildirib.
Tarix: 16-02-2018, 09:58
Xəbəri paylaş





Xəbər lenti