"İcra başçıları torpaqları satıb, hamısını zəbt ediblər, kəndli isə acından ölür..."

"İcra başçıları torpaqları satıb, hamısını zəbt ediblər, kəndli isə acından ölür..." Deputat Ziyad Səmədzadənin kəndlilərdən vergi tutulmalıdır təklifi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev tərəfindən də etirazla qarşılanıb.

H.Hacıyev Moderator.az-a açıqlamasında Z.Səmədzadənin niyə belə bir təklif verdiyini anlamadığını deyib:


“Ziyad müəllimlə biz bir yerdə işləmişik, savadlı yoldaşdır, amma gərək Ziyad müəllim belə səhvlərə yol verməsin. O, bilir ki, kəndlər bu gün acından ölür. Rayon icra başçıları kəndlilərə elə bir gün ağlamayıb ki, onlar indi vergi ödəyə bilsin. Kəndli özünə çörək almağa pul tapa bilmir. O, hardan vergi versin? Kəndli işləyirmi ki, vergi versin? Kəndlinin torpağı, malı, istehsal sahəsi varmı? Yoxdur. Torpaqları bəzi məmurlar zəbt edib. Kəndlilər də qalıb pis vəziyyətdə. Ziyad müəllim gərək bunları başa düşsün. Z.Səmədzadənin imkanı var, dolanır. Bu o demək deyil ki, hamıda vəziyyət yaxşıdı. Dediyim kimi savadlı yoldaşdı, iqtisadiyyatı təhlil etməyi bacarır, amma niyə belə səhvə yol verir bilmirəm. Birinci getsin kəndlinin yanına baxsın, görsün kəndli nəylə dolanır. Kəndli acından ölür, bir metr torpağı yoxdur. Rayonlarda icra başçıları torpaqları satıb, hamısını zəbt ediblər. Kəndli də qalıb pis vəziyyətdə. Kəndli indi hardan alıb vergi versin. Bunların hamısı nəzərə alınmalıdır. Belə həssas dövrlərdə camaatı dövlətin üzərinə qaldırmaq olardı belə bir addımın atılması. Kabinetlərdə gedən söhbətlərlə xalqın arasında gedən söz-söhbətlər ayrı şeydi. Ölkə başçısı həmişə çalışır ki, milləti daha yaxşı yaşasın. Amma bu məmurlar kəndlilərin yaxalarından yapışıb deyir ki, qoymarıq siz yaxşı yaşayasınız. Bu mənada mən düşünmürəm ki, bu Z.Səmədzadə üçün uğurlu çıxışdı. Bu Z.Səməzadə üçün ən uğursuz çıxışdı. Bu məsələlərdə Z.Səmədzadə gərək ehtiyatlı olsun”.

Vasif Əlihüseyn
Tarix: 18-02-2018, 09:08
Xəbəri paylaş





Xəbər lenti