Kəmaləddin Heydərovun işçisi sahibkara pul atdı: cücə alveri edir – VİDEO+SƏNƏDLƏR


Göyçay rayonu Natəvan küçəsi ev 7 A mənzil 44 sakini sahibkar Mayılova Minayə Seyidağa qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Narazı vətəndaş məmur özbaşınalığına görə sahibkarlıq fəaliyyətini dayandırmaq məcburiyyətində olduğunu bildirir. Sahibkar qadının şikayətini olduğu kimi dərc edirik.
M.Mayılovanın cumhuriyyet.az-a ünvanladığı məktubda deyilir: “Mən uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub vaxtlı-vaxtında dövlətə vergi ödəyirəm.Fəaliyytimdə heç bir nöqsan olmayıb.Ancaq bəzi vəzifə səlahiyyətlərindən sui-istifadə edib saxtakarlıqla məşğul olan vəzifəli şəxslər var ki, onların saxtakarlığına görə sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur olmuşam.Belə ki, Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun işçisi Qurbanov İlqar Afad oğlunun əli ilə mənim 12000 manatlıq məhsulumu satıb mənimsəmişdilər. Bu pul mənim sahibkarlıq fəaliyyətimin dayandırmağa məcbur edib. Mən cücə inkubatoru işlədirdim. Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun işçisi Qurbanov İlqar Afad oğlu məndən müqavilə əsasında 12000 manatlıq cücə götürüb Zaqatala, Qax, Baləkən və İsmayıllı rayonlarında satmışdır.Kəmaləddin Heydərovun işçisi sahibkara pul atdı: cücə alveri edir – VİDEO+SƏNƏDLƏR
Göyçay Yanğından Mühafizə Xidmətinin əməkdaşı İlqar Qurbanov indi pulumu vermək istəmir.Səbəb kimi göstərir ki, həmin pulun çox hissəsini iş günləri növbəyə çıxmayıb rayonlarda cücə satmaq üçün rəisimiz Müşfiq Məmmədova vermişəm.Buna görə də pulum yoxdur siz pulu Müşfiq Məmmədovdan istəyin. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova müraciət edib xahiş edirəm vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənim halal 12000 manat pulumu mənimsəmiş Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun və onun işçisi Qurbanov İlqar Afad oğlunun barəsində ciddi tədbirlər görəsiniz”.
Tarix: 19-02-2018, 09:27
Xəbəri paylaş





Xəbər lenti