Səlim Müslümovun işçisi Qarabağ əlilinə:” Balanı saxlaya bilmirsən, get özünü öldür”

“Artırmaq cəhənnəmə, borclar kəndir olub keçmişdi boğazına. Ərzaq dükanlarında, ət mağazalarında adı nisyə dəftərlərinin başında idi. İnsafən, alqı-satqı yerlərinin heç birindən Qədiri əliboş qaytarmazdılar. Bu balaca şəhərdə onu tanıyanların hər biri bilirdi ki, Qədir tutquçu deyil, əlinə pul düşən kimi gətirib borcunu qaytaracaq. O, tez-tez Allahına şükür eləyirdi ki, heç olmasa, az-çox tanış-bilişin etibarını qazanıb.


Bu sətirlər Əjdər Olun "QƏDİR" hekayəsindəndir. O Əjdər Ol ki, indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəıhbəridir.

Bir vaxtlar kasıblığın, aclığın nə olduğunu sətirlərə köçürən istedadlı yazar məmur olandan sonra səfalət içində olanlara həqarətlə baxır.

Bunu biz demirik. Azerinfo.az-a müraciət edən Qarabağ əlili deyir.

Ağdam rayon sakini, hazırda Sabunçu rayonu, Bilgəh qəsəbəsində “Əlillər evi”ndə qalan Qabil Quliyev ƏƏSMN-nin məsul vəzifəlilərindən dad edir.

Sağlamliğini bu vətən uğrunda itirən adama “balana baxa bilmirsən, yetimxanaya ver, özünü yandıre, öldür “ demək nə məmur adına, Əjdər Ol adına yaraşan deyil.

Qarabağ veteranı cənab İlham Əliyevə və Mehriban Əliyevaya müraciət edərək kömək diləyir.

Nazir Səlim Müslümovun da münasibətini öyrənmək pis olmazdı. Belə işilər hər halda nazirliyin imicinə zərbədir.
Tarix: 26-02-2018, 14:13
Xəbəri paylaş





Xəbər lenti