Şəmkirdə ailə iki körpə uşaqla küçəyə atılıb VİDEO

Şəmkirdə ailə  iki körpə uşaqla küçəyə atılıb VİDEO Şəmkir şəhər sakini Abbasova Güllü Tapdıq qızı qışın ortasında küçələrdə yaşamaq məcburiyyətində qalıb. Müəmmalı məhkəmə qətnamələrindən sonra Şəmkir rayon İcra bölməsinin əməkdaşları onu yaşayış hüququ olan evdən çıxarıblar. Gəlini və iki azyaşlı nəvəsi qonşuların yardımı sahəsində soyuqdan qismən də olsa qoruna bilirlər. Oğlanları və özü gecəni küçədə keçirmək zorunda qalıb. Güllü Abbasova ev əşyalarının onları evdən çıxaran şəxslər tərəfindən korlandığını və oğurlandığını da iddia edir. Şikayətçinin sözlərinə görə bununla bağlı polisə etdiyi şikayət də araşdırılmır.

Abbasova Güllü aidiyyatı orqanlardan bu haqsızlığa son qoyulmasını xahiş edir.

Şəmkirdə nələrin baş verdiyini Güllü Abbasovanın dedikləri əsasında təqdim edirik.

Məsələ ilə bağlı Şəmkir rayon İcra Bölməsindən və Şəmkir Rayon Polis Şöbəsindən münasibət öyrənmək cəhdlərimiz boşa çıxdı. Onların da mövqeyini dərc etməyə hazırıq.
Tarix: 1-03-2018, 16:44
Xəbəri paylaş





Xəbər lenti