"Sonradan bildim ki, kişi kimi uşaqlardır"- kriminal aləmin "Kritı Araz"ı və diəglərinin işi

"Sonradan bildim ki, kişi kimi uşaqlardır"- kriminal aləmin "Kritı Araz"ı və diəglərinin işi
Kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov hakim qarşısına çıxarılıb. O, dəstə yaradaraq cinayət əməlləri törətməkdə ittiham edilir. İttihama görə o, cinayət əməlini həbsdə olarkən törədib.

Musavat.com xəbər verir ki, Araz Fərəcovla birlikdə dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Elşən Əliyev və Xəyyam Qurbanlı da hakim qarşısına çıxarılıb.

Bu iş üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılır.

Məhkəmədə zərərçəkmiş Elxan Əkbərov dindirilib.

O, təqsirləndiriləndən şəxslərdən heç birini tanımadığını və ona qarşı cinayət törədilmədiyini söyləyib:

"Heç bilmirəm məni niyə zərərçəkən kimi tanıyıblar. Kiminsə ürəyindən nəsə keçibsə, bu cinayət deyil. Heç bir zərər də dəyməyib. Şikayət və tələbim yoxdur. Sonradan bilmişəm ki, bunlar kişi kimi uşaqlardır".

Hakim xatırladıb ki, zərərçəkmiş təqsirləndiriləndən Elməddin Şahbazovla tanışılığının olduğunu deyib.

Zərərçəkən Elxan Əkbərov isə bildirib ki, Elməddin Şahbazovun atası ilə dost olub.

Təqsirləndirilən Elməddin Şahbazov hakimlə mübahisə edib. Hakim məhkəmə prosesini pozduğu üçün Elməddin Şahbazovu zaldan çıxarıb. Proses onsuz davam etdirilib.

Məhkəmədə zərərçəkmiş Adil Rüstəmov ifadə verib. O bildirib ki, təqsirləndiriləndən Renad Zahirovu tanıyır: "Ona yaxşılıq eləmişəm. Gəlmişdi yanıma, iş vermişəm, qalmağa yer vermişəm. Heç vaxt bundan belə şey gözləməzdim. Bir gün durdum ki, qızıllarım yoxdu. Nənəmdən qalma antik qızıllar idi. İstintaq 7 min manat hesablayıb, lakin 20 mindən bahadır".

Zərərçəkmiş dəymiş ziyanın ödənilməsini istəyib və şikayətçi olduğunu deyib.

Məhkəmə digər zərərçəkmişlərin və şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar çıxarılıb. Proses martın 13-də davam edəcək.

İtthama görə, 8 saylı cəzaçəkmə məntəqəsində cəza çəkən Araz Fərəcov mütəşəkkil dəstəyə rəhbərlik edib. Dəstə üzvləri oğurluq, quldurluq və s. cinayətlərdə ittiham ediliblər.

Dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov və Namiq Babayev ötən il aprelin 14-də DTX-nin əməliyyatı zamanı saxlanılıb.

İstintaqla müəyyən edilib ki Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəəssisəsinin cəza çəkərkən 2016-ci ilin dekabrın ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri mütəşəkkil dəstə təşkil ediblər.

Dəstə üzvləri Bakıda bə bölgələrdə yayayış yerlərinə talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov kordinasiya edib.

İttihama görə, Araz Fərəcovdan başqa Elməddin Şahbazov da həbsxanada ola ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri içəridən koordinasiyya edib.
Tarix: 9-03-2018, 15:29
Xəbəri paylaş





Xəbər lenti