Lotu Quli rəqiblərini sıxışdırır: Zaur evdən çıxmır, “Albert”in oğru adı alınıb

Lotu Quli rəqiblərini sıxışdırır: Zaur evdən çıxmır, “Albert”in oğru adı alınıb
Lotu Quli bütün cəbhələrdə düşmənlərinin üzərinə gedir.

Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İstanbulda Nadir Səlifova edilən uğursuz sui-qəsddən sonra müharibə Rusiya ərazisinə keçib.
Sui-qəsdin təşkilatçı kimi tanınan, mərhum Rövşən Lənkaranskinin qohumu olan Zaur "Kaluqa" şosesində yerləşən bazarına gəlib-gedə bilmir.


Bazarın həndəvərində Qulinin adamları keşik çəkir. Onlar həm alver edənləri, həm də bazarda çalışanları tutub "söhbət” edirlər. Şillə-qapazla anladırlar ki, buraların yiyəsi daha Zaur deyil, Quliyə işləməlisiz. Döyülənlər də, Zaura Qulidən salam göndərirlər. Zaur bu səbəbdən böyük cangüdən ordusu toplayıb və evindən çıxmır.

Nadir Səlifovun digər düşməni "Albert Rıjiy” ləqəbli Əli Heydərov bir müdət əvvəl həbs olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
Əli "Medvedkovo” Müvəqqəti Saxlanma Təcridxanasına gətirilərkən həbsxanaya Lotu Qulidən məktub daxil olub ki, onu oğru kimi tanımasınlar. Cəzasını adi məhbus kimi çəksin.

Bu məsələ ilə bağlı Rusiyadan "Mirıç”, "Qiya” və "Saçino” kimi tanınmış oğrular müraciət edərək Qulidən Əlini oğru kimi tanımağı xahiş ediblər. Lakin Quli bu təklifi rədd edib.

İlqar Atabəyli
Tarix: 9-03-2018, 16:17
Xəbəri paylaş





Xəbər lenti