Qazaxıstanda azərbaycanlı “qanuni oğru” saxlanılıb - Foto


Qazaxıstan hüquq-mühafizə orqanları əməkdaşları Gürcüstan və Azərbaycanda cinayətkar fəaliyyətlə məşğul olan şəxsi saxlayıblar.

“Qafqazinfo” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır. O, Şuçinskdə qaldığı mehmanxana nömrəsində yaxalanıb.

Adı açıqlanmayan şəxs özünü “qanuni oğru” kimi təqdim edib. Üzərində tapança, patron, döyüş qumbarası və narkotik vasitə aşkarlanıb.

Azərbaycanlı “qanuni oğru” hazırda müvəqqəti saxlanma təcridxanasında saxlanılır. 


Tarix: 2-08-2018, 19:38
Xəbəri paylaş





Xəbər lenti