Konqresdə Azərbaycana qarşı çirkin oyun


ABŞ-də bir qrup ermənipərəsət konqresmen dövlət katibi Entoni Blinkenə məktub yazaraq, Azərbaycana qarşı növbəti əks kampaniyaya başlayıblar.  
Bir qrup ermənipərəst konqresmenlər qrupu Azərbaycana qarşı öz məkrli niyyətlərini həyata keçirməyə çalışırlar. Konqresmenlər Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) ev sahibliyindən istifadə edərək, Ermənistanı müdafiə edən, regionda yeni münaqişə yaratmağa xidmət edən çağırışlara dəstək vermək, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələlərin ABŞ hökumətinin diqqətində olmasının vacibliyini bəayn edir və ABŞ-ni Azərbaycana sanksiyalar tətbiq etməyə çağırıblar.
Onların müraciətinin məkrli olduğunu söyləmək üçün COP29-un mahiyyətinə baxmaq lazımdır. Fəaliyyət istiqaməti fərqli olan tədbirdən sui-istifadə edərək, profilə uyğun olmayan məsələləri qabartmağa çalışmaq absurd və absurd olduğu qədər də şantajdır.
COP29 iqlim dəyişikliyi ilə bağlı tədbir olmasına baxmayaraq, amerikalı konqresmenlər fərqli bəhanələrlə ölkəmizə təzyiq göstərməyə çalışırlar. Bunun arxasında isə Ermənistana dəstəyin dayandığı heç kimə sirr deyil. 
Həmçinin, bu məsələnin bilavasitə ABŞ-nin dövlət strukturlarının iştirakı ilə gündəmə gəldiyi də aydındır. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin azadlığı günündə yerli sakinlərlə görüşündə bu məsələni xüsusi vurğulyaıb. O, bildirib: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz”. 
Dövlət başçısı daha sonra deyib: “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.
Bununla bir daha biz ABŞ-nin illərdir. Azərbaycana qarşı qərəzli siyasət yürütdüyünün şahidi oluruq. Son zamanlar isə bu fəaliyyət daha da genişlənib. Ölkəmizə qarşı kin və nifrət ritorikasından çıxış edən rəsmi Vaşinqtonun mövqeyinin növbəti dəfə qərəzli olduğu, habelə Azərbaycana yönəlik qarayaxma kampaniyası olduğu açıq şəkildə görünür. 
Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ABŞ son zamanlar Azərbaycana qarşı müəyyən addımlar atır:

“Çünki regionda gedən proseslər ABŞ-nin xoşuna gəlmir. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi Ağ Evi qıcıqlandırır. 
Ona görə də hansısa formada müxtəlif bəhanələrdən istifadə edirlər. Onların məqsədi ölkəmizin mövqeyi zəiflətməkdir. 
Baxmayaraq ki, ABŞ rəsmiləri bəyanatlarında həmişə COP29-un vacibliyi və iqlim dəyişikliyinə görə dünya bir araya gəlməli olduğunu bildiriblər. Hətta bununla bağlı Azərbaycanla əməkdaşlıq etməyə söz veriblər. Lakin reallığa gələndə, sözlərinin üstündə durmurlar”. 
Partiya sədri qeyd edib ki, ABŞ Azərbaycanın regiondakı lider mövqeyi ilə razılaşmaq istəmir: 
“Əksinə, ABŞ regiondakı mövqeyini gücləndirməyə çalışır. Həmçinin, Azərbaycan və Türkiyə arasındakı yaxınlaşma da onları narahat edir. Azərbaycan onların istəklərinə əngəl olur. Çünki bölgədəki bütün məsələlər bizimlə, regionun lideri olan ölkəmizlə razılaşdırılmalıdır.
Ona görə də ABŞ konqresmenləri bu cür qərəzli mövqedən çıxış edirlər. COP29 kimi əzəmətli və möhtəşəm bir tədbirə Azərbaycanın ev sahibliyi etməsi ABŞ-nin xoşuna gəlmir”. 
Akif Nağı vurğulayıb ki, ABŞ konqresmenlərinin sözügedən addımının COP29-la heç bir əlaqəsi yoxdur:
“Onların bu addımı qarayaxma və böhtandan ibarətdir. Konqresmenlər COP29-la bağlı ortaya konkret məsələlər qoymayıblar. Həmçinin, iqlimlə bağlı dünyanı narahat edən məsələlərlə bağlı heç bir fikri bildirməyiblər. 
Əgər həqiqətən də dünyanın taleyi ilə bağlı narahatdırlarsa və iqlim dəyişikliyi ilə bağlı məsələyə ortaya qoymaq istəyirlərsə, təkliflər verə bilərlər. Amma onlar üçün dünyanın taleyi və ya iqlim dəyişikliyi vacib deyil. ABŞ istənilən məqamdan istifadə edərək hansısa qərəzli kampaniya başlatmaq istəyir. Buna baxmayaraq, məqsədlərinə nail ola bilməyəcəklər”. 
Həmsöhbətimiz düşünür ki, ABŞ-nin bu addımını ermənilərin dəstəyini qazanmaq məqsədi də güdür:
“ABŞ-də yaxınlaşan prezident seçkiləri öncəsi belə addımların atılması orada yaşayan ermənilərin maliyyə dəstəyini qazanmağa da hesablanıb. Nəzərə almaq lazımdır ki, seçki kampaniyası üçün pul mənbələri də tapılmalıdır. 
ABŞ-də isə seçki ərəfəsində yığılan pullara heç bir nəzarət yoxdur. Yığılan pulların hansı mənbədən toplanıldığı və hara xərclənildiyin də araşdırılmır. Üstəlik, orada “çirkli pullar”ın yuyulması prosesi gedir. Ermənilər isə bu proseslərin içindədirlər. Ona görə də ermənilərin xoşuna gələcək addımlar atırlar. Məqsəd ermənilərin pullarını ələ keçirməkdir”. 
Elmir Mustafa 

Tarix: Bu gün, 17:25
Xəbəri paylaş





Xəbər lenti