"Anarın ölüm xəbərini uşaqlara necə deyəcəyimi bilmirəm"- Nağılbazın keçmiş arvadı


Azərbaycanlı reper Anar Nağılbaz gözlənilmədən vəfat edib.

Musavat.com yenicag.az-a istinadən bildirir ki, reperin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva Nağılbazın dünyasını dəyişdiyini təsdiqləyib:

"Bəli, Anarın vəfat etdiyi doğrudur. Qara ciyəri fəaliyyətini dayandırıb. Onda bu problem çoxdan var idi. Mənə qızlar zəng edib dedi. Mən də keçmiş qayınatamla danışdım. O da təsdiqlədi. Uşaqlara hələ deməmişəm. Necə deyəcəyimi bilmirəm. Hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm".

Qeyd edək ki, Anarla Anjelika iki il əvvəl ayrılıb. Bu izdivacdan onların iki azyaşlı övladı dünyaya gəlib.

Tarix: 5-08-2018, 00:51
Xəbəri paylaş





Xəbər lenti