Nazim İbrahimovun ikinci qardaşı Hacı İbrahim Nehrəmliyə cinayət işi açılsın və həbs edilsin

 6 il haqqının bərpasını gözləyən Qazaxlı iş adamı Elşad Məmmədov yenidən mətbuatın gündəmində

HACI İBRAHİMİN 450 MİLYONLUQ ETİRAFI və YALANLARI … – Xaricdə ailə üzvlərinin adına dəbdəbəli mülklər alan oliqarx 100 milyonları hara xərcləyib?

İçki içməyindən fəxrlə danışan “Hacı” İbrahim Nehrəmli banklara 850 milyon və Elşad Məmmədova “Avesta” konserniinə daxil olan “Həsən — 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat borcu olduğu haqda gedən məlumatları qətiyyətlə təkzib edir. Hətta bir ara bəyan edirdi ki, Beynəlxalq Banka cəmi, faizlərlə birlikdə 78 milyon kredit borcu var, bunun əvəzində 150 milyonluq girov qoyub.Hətta bir ara bəyan edirdi ki, Beynəlxalq Banka cəmi, faizlərlə birlikdə 78 milyon kredit borcu var, bunun əvəzində 150 milyonluq girov qoyub.

“Bandotdel”dən çıxdıqdan sonra “yaddaşı” özünə qayıdan İ.Nehrəmli mediaya açıqlamasında təkcə Beynəlxalq Banka 430 milyon dollar borcu olduğunu etiraf etmişdi.

İbrahim Nehrəmlinin bu etirafları və rəqəmləri tez-tez dəyişməsi onun növbəti ifşası olmaqla yanaşı, dövlətin 100 milyonlarla pulunun havaya sovrulduğunu, talandığını ortaya çıxardı. Hər halda heç bir girov qoyulmadan Hacı İbrahimə Beynəlxalq Bank bu qədər böyük həcmdə kredit verilməsinə başqa ad tapmaq çətindir.Bundan əlavə rəhbərlik etdiyi “Avesta Concern”ndə işə götürdüyü dünyanın populyar modellərinə də İ. Nehrəmlinin böyük pullar xərcləfdiyi bildirilir. Bunların arasında “Miss Globe International 2014” gözəllik müsabiqəsində Avstraliyanı təmsil edərək qalib olan Esma Voloderin və həmin müsabiqədə “Miss Khazar Islands” seçilmiş Ukrayna təmsilçisi Anastasiya Kostiçin adları xüsusi qeyd edilir.

Bundan əlavə xaricdə ailə üzvlərinin adına dəbdəbəli mülklər aldığına, biznes qurduğuna dair iddialar var. Bu iddiaların nə qədərinin doğru olduğunu söyləyə bilməsək də, İ.Nehrəmlinin kredit borcunu ödəyə bilmədiyi, bu üzdən də “Bandotdel” “macərasının” davam etdiyi məlumdur. Bu “macəranın” hələ nə qədər davam edəcəyi isə məlum deyil…

Etdiyim bütün müraciətlər cavabsız qaldı
Hacı İbrahimin qurbanlarından biri olan iş adamı Elşad Məmmədov “Avesta” konserniinə daxil olan “Həsən — 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat olan iki mənzil almasına baxmayaraq, mənzilinə sahib ola bilməyib. Məhkəmələrə müraciət edən iş adamı heç nəyə nail ola bilməyəcəyini anlayaraq, Hacı İbrahimin süqutunu gözləməyə başlamışdır.

Qazaxlı iş adamı Elşad Məmmədov: «Etdiyim bütün müraciətlər cavabsız qaldığı üçün, təhdidlərə məruz qalaraq üç az yaşlı övladımla Azərbaycanı tərk etmək məcburiyyətində qaldım və ölkəni tərk etdim»

Qeyd etməliyik ki, bu günlərdə redaksiyamıza ərizə ilə müraciət etmiş Qazax rayon sakini Elşad Məmmədovun başına gələnlər artıq bir neçə dəfə müxtəlif kütləvi informasiya vasitələrində ictimai müzakirəyə çıxarılıb. Bununla belə oxucularımızın və xüsusən də müvafiq instansiya rəhbərlərinin diqqətini cəlb etmək məqsədilə yaranmış insidenti təfərrüatlarını bir daha xatırlatmaq qərarına gəldik. Beləliklə, E.Məmmədov öz ərizəsində bildirir ki, o, 2012-ci ilin fevral ayında Orxan Sadıxov adlı bir şəxsin vasitəçiliyi və müşayiəti ilə, tanınmış iş adamı Hacı İbrahim İbrahimovun rəhbərlik etdiyi “Avesta Konserni”nin Bakının Atatürk prospektində yerləşən ofisinə gəlmişdir. Burada E.Məmmədov “Avesta Konserni”nə daxil olan “Həsən 96” MTK tərəfindən Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlayır. Bu mənzillərin qiyməti isə müvafiq olaraq 252 min manat və 103 min manat məbləğində müəyyənləşdirilir. Prosesdə konsernin Zülü adlı daha bir əməkdaşı da iştirak edir. “Həsən 96” MTK tərəfindən verilmiş və MTK-nın sədri E.H.Tağıyev tərəfindən imzalanmış maliyyə arayışında isə qeyd olunur ki, həmin mənzillərin dəyəri Elşad Məmmədov tərəfindən MTK-ya tam ödənmişdir.

Üstündən 6 ildən çox ötməsinə baxmayaraq Elşad Məmmədov mənzillərinə sahib dura bilmir. Çünki “Avesta”nın prezidenti Hacı İbrahim buna imkan vermir.
Elşad Məmmədov deyir ki, bu altı il ərzində çəkmədiyi zülmlər qalmayıb:

“Bütün pullarımı o iki mənzili almaq üçün ödədim. İndi evsizəm, üç azyaşlı övladımla ölkəni tərk etmişəm. Məhkəmələrə müraciət edirəm heç bir xeyri olmur, bütün dövlət qurumlara şikayət yazıram, kimsə mənim haqqımı qorumur. Əksinə, Hacı İbrahim müdafiə olunur. Hətta Respublikanın baş prokuroru Zakir Qaralovun qəbulunda oldum, o göstəriş verdi ki, problem həll ediləcək. Bunun da bir xeyri olmadı. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, şöbə müdiri Vüqar Əliyev, prokuror Nazir Quliyev mənim haqlı olduğumu deyib. Bir neçə dəfə Prezident Administrasiyasında getmişəm.
Qazax rayon icra hakimiyyətinin keçmiş başçısı Ayaz Əsgərovun iki dəfə qəbulunda olmuşam. O mənə söz verdi ki, problemlə bağlı Prezident Administrasiyanın bölgə üzrə kuratoruna məlumat verəcək.
Bundan başqa Heydər Əliyev Fondunda da oldum. Mehriban Əliyevanın köməkçisi dedi ki, bizlik deyil. Bir sözlə hamı haqqımı tanıyır, ancaq yardımçı ola bilmirlər. Onlarla mətbuat konfransı keçirmişəm, yüzlərlə dövlət idarələrinə şikayət ərzilər yazmışam”.
Həyatımın təhlükə altında olduğu zaman mətbuat vasitəsiylə Daxili işlər naziri Ramil Usubova müraciət etdim: “Mənim və ailəmin təhlükəsizliyinə zamanət versinlər. Çünki dəfələrlə Hacı İbrahimin mühafizəçisi açıq nömrədən (070- 260-04-07) məni ölümlə, “Bandotdel”ə aparmaqla hədələyib”.

Nazim İbrahimovun ikinci qardaşı Hacı İbrahim Nehrəmliyə cinayət işi açılsın və həbs edilsin

İş adamı təhdid olunduğunu deyir

Elşad Məmmədov özünün və ailəsinin təhlükəsizliyilə bağlı Ramil usubova müraciət edib

Məhkəmələr haqqımı bərpa etmir. Əlimdə ödədiyim pulların qəbzi, mənzillərin maliyyə arayışı var”

Nazim İbrahimovun ikinci qardaşı Hacı İbrahim Nehrəmliyə cinayət işi açılsın və həbs edilsin
Nazim İbrahimovun ikinci qardaşı Hacı İbrahim Nehrəmliyə cinayət işi açılsın və həbs edilsin

Bir neçə dəfə Prezident Administrasiyasında getmişəm.

Nazim İbrahimovun ikinci qardaşı Hacı İbrahim Nehrəmliyə cinayət işi açılsın və həbs edilsin

Orada da vəd verdilər.

Nazim İbrahimovun ikinci qardaşı Hacı İbrahim Nehrəmliyə cinayət işi açılsın və həbs edilsin

Mən 51 və 52 saylı mənzilləri “Həsən-96” MTK-dan almışam. Əlimdə qəbz, maliyyə arayışı var. “Həsən-96”-nın sahibi isə Emil Tağıyevdir ki, o da Hacı İbrahimin bacanağıdır. “Avesta”nın prezidenti bir müddət sonra bacanağının verdiyi sənədi qanunsuz hesab edərək ləğv edib. Nəticədə mənim 355 min manatım ortada itib. Zamanında Hacı İbrahim özünü və bacanağını sığortalamaq üçün mətbuata qəsdən məlumat ötürüb ki, şikayəti olanlar onun da “qurban” olduğunu qəbul etsin. Mən qətiyyətlə bildirirəm ki, mənzilləri alarkən Orxan Sadıqov adlı şəxslə heç bir sövdələşmə, söz-söhbətim olmayıb”.
Elşad Məmmədov öz haqqını sona qədər tələb edəcəyini deyir: “Hacı İbrahim mətbuata ötürdüyü informasiyada Orxan Sadıqovdan şikayət olunmadığını qeyd etdirib. Yaxşı əgər zərərçəkənsə, sənə də pul atılıbsa niyə hüquq-mühafizə orqanlarına müraciət etmirsən? Özün niyə axtarırsan? Mən inanmıram ki, kimsə Hacı İbrahimə “atsın”. Onun kimi imkanlı və əlaqəsi geniş olan adama kiminsə aldatması inandırıcı görünmür. Mənə dəyilən ziyanla bağlı baş Prokuror Zakir Qaralovun qəbulunda oldum. Problemimi dilə gətirdim və işin araşdırılması üçün baş prokuror göstəriş verdi. Mənə qarşı haqsızlıq edildiyi halda, əlimdə kifayət qədər sənəd varkən Baş Prokuror belə Hacı İbrahimlə bağlı ölçü götürə bilmirsə, onda ona kimin gücü çatar? Hətta bu belə olarsa belə mənim məsələmə aidiyyəti yoxdur. Çünki bir daha təkrar edirəm ki, mənim məsələm də alqı-satqı “Həsən-96” MTK-a ilə olub”.
«Avesta» şirkətində «bacanaqlar əməliyyatı»
Sahibkar deyir ki, “Avesta”nın prezidenti ilə heç bir münasibəti olmayıb, yalnız mənzil alıb: “355 min manat verib iki dənə mənzil almışam. Düzdür, Hacı İbrahim satın aldığı qəzetlərdə deyir ki, guya mənzili görəcəyim iş müqabilində verəcəkmiş və mən üzərimə götürdüyüm öhdəliyi pozduğum üçün mənzil əlimdən alıb, hələ bu azmış kimi utanmaz şəkildə deyir ki, ona borcum var. Onun bu dedikləri həqiqətdən kənardır. Əlimdə verdiyim pulların qəbzi və maliyyə arayışım var. 355 min manatı şöbə müdiri Zülü İsgəndərovla Orxan Sadıqova vermişəm. Bundan başqa mənzili alarkən mənə verilən arayışda şirkətin rəhbəri Emil Tağıyevin imzası və MTK-ın möhürü var. Mən dediklərim faktdı. İstənilən jurnalistə haqlı olduğumu sübut etmək üçün qəbzləri və arayışları göstərə bilərəm. Əgər mən yalan danışsaydım, hər yerlə əlaqəsi olan, məhkəmələrə tapşırıq verməyə cəsarəti çatan Hacı İbrahim Nehrəmli çoxdan həbs etdirmişdi. Deməli, haqq mənim tərəfimdə olduğu üçün hç nə edə bilmir”.
Elşad Məmmədov deyir ki, Emil Tağıyevlə Hacı İbrahim Nehrəmli bacanaqdırlar: “Bir bacanaq məndən pul alır, mənzilin satılmçasıyla bağlı arayış, qəbz verir, o biri bacanaq isə bunu hədə-qorxu, sifarişlə işləyən məhkəmələrin əliylə əlimdən alır”.
Emil Tağıyevin “Həsən-96” MTK-nın rəhbərliyindən çıxdığını deyən sahibkar bildirir ki, hazırda o “SR İnşaat” MTK-nın direktorudur: “Məqsəd isə Emil Tağıyev mənim kimi aldatdığı başqa vətəndaşlardan gizlənməkdir. Halbuki, mən araşdırma aparmışam, o faktiki “Həsən-96”-ya da nəzarət edir. Sadəcə pullarını tələb edənlərə deyirlər ki, artıq bu şirkətdə deyil. Toplananların yerini dəyişdikdə cəm dəyişmədiyi kimi Emil Tağıyevin də hansı şirkəti yaratmasından asılı olmayaraq yenə öz işindədir”.
Hacı İbrahim banka atıb, bacanagı Emil və şöbə müdürü Zülü isə mənə atıblar (pul verib aldığım evləri).
Aidiyyəti qurumlara müraciət edirəm Hacı İbrahim Nehrəmli ilə bərabər, Zülü və Emil Tagıyevə cinayət işi açılsın və həbs edilsinlər.He­sab edi­rəm ki, Hacı İbrahim Nehrəmli ba­rə­də cid­di öl­çü gö­tü­rül­mə­li­dir.

Nazim İbrahimovun ikinci qardaşı Hacı İbrahim Nehrəmliyə cinayət işi açılsın və həbs edilsin

İlham Əliyev:
«Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır».

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Tarix: 6-08-2018, 08:48
Xəbəri paylaş





Xəbər lenti