Abşeron Polisi niyə passivdir...

                                                            Prezidenti cənab İlham Əliyevə,
                  Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım M.Əliyevaya,
                  Prezident Aministrasiyası Hüquq Şöbəsinin müdirinə,
                  Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab R.Usubova,
                  Azərbaycan Respublikasının Baş prokuroru cənab Z.Qaralova,  
                  DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi E.Usubova,
                  Bakı şəhər prokuroruna,      Bakı şəhər Baş Polis İdarəsinə,
                          Abşeron rayon Prokurorluğuna,
                          Ombudsman Aparatınına
                          Ailə, Qadın Uşaq problemləri Dövlət Komitəsinə,
                         Abşeron Rayon polis İdarəsinə,
                         Ölkə mətbuatına
       Abşeron   rayonu, Aşağı Güzdək qəsəbəsində  yaşayan Şahverdiyeva Xanım Canəli  qızından 
         Oğlum Əlifağa Şahverdiyevin evini oğurlamaqda şübhəli bilinən və narkotikdən əziyyət çəkən  Ramin və Ramiz adlı şəxsləri istintaqa cəlb etmək istəməyən Abşeron RPİ-nin əməkdaşı Vüqar polisin oğruları tapmaqdan əsassız yayınmasından          
                                               Ş   İ   K   A   Y   Ə   T
Ailəmizin bir hissəsi kiçik oğlum Əlifağa ilə Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində  yaşayırıq. Onun evi bizim evdən bir az aralıda yerləşir. Bu il avqustun 7-də, axşam saat 9-10 radələrində mənzilinə oğrular daxil olmuş və 10-11000 manat dəyərində olan qızıl-ziynət əşyalarını götürüb aparmışlar. Oğrular pəncərədən dəmir reşotkanın bir barmağını sındırmaqla evə daxil olmuşlar. Oğruların  28 sm eni olan dəmir reşotkandan evə girmələri deməyə əsas verir ki, onların ikisi də arıq bədənli olmuşlar. Oğlum əlifağa həmin gün ailəsilə saat 10-11 radələrində toydan qayıtdıqda evdə baş vermiş oğurluqla bağlı 1 saat DİN-nin 102 xidmətinə zəng vurmağa çalışsa da telefonları daima məşğul olmuşlar.Naəlac qalıb Abşeron RPİ-nin sahə müvəkkili Vüqara zəng edib hadisəni danışmışdır. Həmin gecə ,saat 11-12 arası Vüqar və cinayət axtarışların rəisi Əli müəllim və müstəntiq hadisə yerinə baxış keçirmiş və barmaq izlərini götürmüşlər. Səhərisi gün oğlum polisdə ətraflı izahat yazmışdır. İzahatında əsas şübhəli şəxs kimi qonşuluqda yaşayan və narkotikdən əziyyət çəkən Ramin adlı şəxsi qeyd etmişdir.Belə ki, axşam toya ailəvi getməyə hazırlaşan oğlum yolda dayanan avtomobilin yanından evə doğru uşaqlara bərkdən səslənərək həyat yoldaşını tələsdirmişdir ki, bundan da yaxın qonşular bilmişlər ki, ailə evdə olmayacaqdır. Hadisə də oğlum evi axşam saat 19-10-da tərk etdikdən sonra oğruların rahat şəkildə, saat 21- radələrində tələsmədən evdə birbaşa şkafın siyirmələrinə əl gəzdirməklə qızıl-ziynəti aşkar edib aparmışlar. Deməli, onlar sanki əvvəlcədən qızılların harda yerləşməsini təxmin etmişlər. Ona görə də evi alt-üst etməmişlər. Oğurluqda şübhəli bilinən Raminin arvadı da hərdən bir qonşu kimi oğlumun evinə gəlib getmişdir.Və evin bütün koordinatlarını yaxşı bilirdi.
     Abşeron RPİ-də araşdırma zamanı Ramin ifadə vermişdir ki, oğru mən deyiləm lakin evi qarət edən Ramiz adlı başqasıdır. ( o da Ramin kimi narkotikdən əziyyət çəkir) Oğlum Əlifağa həmin Ramizin şəklini qonşu qadına göstərdikdə qadın hadisədən bir gün əvvəl, yəni avqustun 6-da Ramizin əlində ağ kağıza bükülü, 60-70 sm uzunluğu olan bir əşya ilə Ramingilin həyətinə daxil olduğunu və əşyanı ora qoyduğunu görmüşdür. Deməli, hər iki oğru əvvəlcədən bilirlərmiş ki, oğlum 7-də toya gedəcək və 1 gün əvvəl hazırlıq üçün dəmir aləti gətirib gizlətmişlər.
Bütün bunlara baxmayaraq işi icraatına verilmiş Abşeron RPİ-nin polisi Vüqar müəllim nədənsə oğruları tapmaqda maraqlı deyil. Və şübhəli şəxslərlə bağlı hər hansı istintaq hərəkəti aparmaq fikrində də deyil. Bir sözlə, boyun qaçırır ki, mən oğurluqda şübhəli bilnən şəxsləri nə həbs edə bilərəm, nə də bir tədbir görə bilərəm. Oxşar hadisə 1 ay əvvəl də A.güzdək qəsəbəsində Həsənov telman adlı şəxsin evində baş vermişdir. Yenə də oğru tapılmır.
    Cənab Prezident Bilirəm ki, Siz məsələyə şəxsən müdaxilə etməsəniz Abşeron RPİ-də bu üzdə olan cinayət işi açılan deyil. Odur ki, Sizdən xahiş edirəm ki, qəsəbəmizdə silsilə oğurluq cinayəti törətmiş şəxslərin tezliklə tapılması üçün daha savadlı, peşəkar və təcrübəli polislərə həvalə edilməsi üçün lazımi göstəriş verəsiniz. Sağ olun.
Hörmətlə,                   Şahverdiyeva X.C.(Şəx.vəs.AZE 16918381) tel. 055-866 06 66.
13.08.2018
Tarix: 14-08-2018, 15:12
Xəbəri paylaş





Xəbər lenti