Eldar Mahmudovun şərikinin işi: jurnalistlər məhkəməyə buraxılmadı


Eldar Mahmudovun adamı növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesin qapalı olduğu elan olunub və media nümayəndələrinin iştirakına icazə verilməyib. İş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir.

Qeyd edək ki, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir. O, 10 milyon manatdan artıq pulu mənimsəməkdə təqsirli bilinir.

Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından biri olub. Məlumata görə, S.Ağayev Qazaxıstanda saxlanılaraq Bakıya gətirilib.

Bildirək ki, bu cinayət işi üzrə E.Mahmudov istintaqda şahid qismində ifadə verib. 


Tarix: 24-10-2018, 20:49
Xəbəri paylaş





Xəbər lenti