Keçmiş deputatın oğlu ilə Nərimanov bələdiyyəsi üz-üzə

Keçmiş deputatın oğlu ilə Nərimanov bələdiyyəsi üz-üzə


Milli Məclisin III çağırış deputatı olmuş Fərhad Qəribovun oğlu Zöhrab Qəribov Nərimanov bələdiyyəsinin məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. 

Günel Sevdimalıyeva iş üzrə hakim təyin edilib. 

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. 


Zöhrab Qəribov bundan əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimova məxsus "STS" şirkətini məhkəməyə vermişdi. 

Bu iş üzrə tərəflər arasında mübahisə predmeti alqı-satqı müqaviləsi olub. İşin nəticəsi haqqında açıq mənbələrdə məlumat yoxdur. 

Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevdir.

Tarix: Bu gün, 17:17
Xəbəri paylaş





Xəbər lenti