Sumqayıtda iyrənc mənzərə - VİDEO

Sumqayıtda iyrənc mənzərə - VİDEO

 Ölkənin ən iri sənaye şəhərlərindən biri olan Sumqayıtdan vətəndaş narazılıqları davam edir.

Nə yazıq ki, bu narazılıqların böyük əksəriyyəti də abadlaşdırılması üçün zaman-zaman milyonlar xərclənən və xərclənməkdə davam edən şəhərin abadlığı, görünüşü ilə bağlı olur.


Yağış yağan kimi axar çayları xatırladan mərkəzi küçələr, məhləiçi yolların palçığını, Kimyaçılar qəsəbəsinin küçələri, kanalizasiya xətləri, zibillik paliqonları və sair buvaxta qədər abadlıq üçün ayrılan vəsaitlərin təyinatı üzrə xərcləməsində şübhələr yaradır. Üstəlik icra hakimiyyətinin başçısı Zakir Fərəcovun özünün və mühüm vəzifələrə təyin etdiyi özünə yaxın olan işçilərinin sərvətlərinin yerli mediada yayımlanan siyahıları da ki, başqa bir "macəra".

Hələ 20 ildir 20-yə yaxın ailənin yaşadığı ərazinin bir iş adamına satılmasını, Sumqayıt bulvarı və şəhidlər xiyabanını məhz onların 0-dan yaratdığını deyən iş adamlarının icra başçısının onlara milyonlarla borcu olduğu iddiasını, şəhid anasının icra hakimiyyətinin onun kiçik "dönərxana" obyektini sökdürməsi barədə redaksiyamıza müraciətini, 15 ildir adı siyahıda olan və aztəminatlı ailə olaraq icra hakimiyyəti tərəfindən verilməli olan mənzilin bu günə qədər verilməməsindən gileylənən ailəni demirik.

Bu dəfə isə 10-cu mikrorayon, bina 8-də yaşayan sakinlər "DogruXeber.az"a müraciət edərək, artıq iki aya yaxındır ki, antisanitar şəraitdə yaşadıqlarından gileyləniblər.

İki aya yaxındır kanalizasiya sularının binanın zirzəmisinə axdığını deyən və bu qədər müddətdə üfunət içində yaşamağa məcbur qalan bina sakinlərinin sözlərinə görə, Mənzil Kommunal İstismar sahəsinin rəisi, "səbrli olun, həll edəcəyik" deyərək, iki aydır onları yola verir, ərazi üzrə Su-kanal idarəsi isə ümumiyyətlə telefonlarına cavab vermir.

Məsələ ilə bağlı icra hakimiyyətinin hətta məlumatlı olduğunu, lakin həlli üçün zərrə qədər narahat olmadığını deyən binəva bina sakinləri mətbuata üz tutmağa və məsələni ictimailəşdirməklə aidiyyatı qurumlara çatdırmağa məcbur qalıblar.



Nə deyirsiniz, hörmətli Zakir müəllim, bu binanın sakinləri də mi bu həlli tərəfinizdən mümkün, hətta çox yüngül olan kiçik problem üçün canlı yayımlarda ölkə başçəsına üz tutsun?

Vallah həm acınacaqlıdır, həm də gülməli.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Tarix: Bu gün, 17:25
Xəbəri paylaş





Xəbər lenti