Özünü göylə aparan, jurnalistlərin zəngini açmayan deputatlar kimlərdir? - Siyahı





Azərbaycanda milyonçuya çevrilən, əlçatmaz biri olan, özünü göylə aparan deputatlar bir orduya bərabərdir. Onlar parlament üzvü kimi deyil, xüsusi xidmət orqanı rütbəlisi kimi davranırlar.

Sanki bunların vəzifəsi danışmaq, rəy bildirmək deyil. Son dövrlərdə deputatların əksəriyyəti telefonlara belə cavab vermirlər. 


Jurnalistlər onlardan hətta tərifləmək üçün açıqlama almağa da əziyyət çəkir: ya telefon söndürülüb, ya nömrə dəyişib, ya telefonu asırlar, ya da bəhanə gətirib danışmırlar.

Hərçənd ki, çoxnun danışmaq qabiliyyəti də yoxdur. Bu barədə Cahan.info apardığı monitorinq zamanı siyahıda liderlik uğrunda “mübarizə gedir.

Hazırda jurnalistlərə açıqlama, müsahibə verməyən deputatlardan Azər Kərimli, Dilarə Cəbrayılova, Malik Həsənov, İmamverdi İsmayılov, Rafael Cəbrayılov, Elxan Süleymanov, Hacı Madər öndə gedirlər.

Xanlar Fətiyev, Sədaqət Vəliyeva, Leyla Abdullayeva, Sevinc Fətəliyeva, Nəriman Əliyev, Rüfət Quliyev, Cavanşir Feyziyev də jurnalistlərin zənglərini açmırlar.

Habelə, Mahir Aslanov, Mahir Abbaszadə, Kamran Bayramov, Elçin Quliyev, Rüstəm Xəlilov da eyni siyahıdadır.

Bundan başqa, Kamilə Əliyeva, Ülvi Quliyev, Aytən Mustafayeva, Ağalar Vəliyev, Əliağa Hüseynov, Tahir Rzayev kimi deputatlar da ələ düşmürlər.

Onlara mandat susmaq üçün sanki verilib. Ölkədə baş verən hadisələrdən, dünya siyasətindən, Qarabağ məsələsindən bir kəlmə danışmırlar. Siyahıda Bəxtiyar Əliyev, Arif Əşrəfov, Sahibə Qafarova, Əsabil Qasımov və onlarla belə deputatlar var.

Hər seçki ərəfəsində xalqın qarşısına çıxaraq yalan vədlər verən və mandata sahibləndikdən sonra yoxa çıxan bəzi deputatlar bu dəfə də əhdinə sadiq qaldılar və susdular. Həmin millət vəkillərinin bəziləri haqda arayış və biznes imkanları haqda araşdırma hazırlamışıq.

Məlum olub ki, başı biznesə qarışmış deputatların Milli Məclisdə "lal deputat” kimi susmasının səbəbləri də bu imiş. Onların biznes fəaliyyətindən başını qaşımağa vaxtı yoxdur.

44 saylı Sumqayıt-Xızı seçki dairəsinin deputatı isə seçicilərinin, seçicilər isə millət vəkilinin yadından çıxıb.

Sumqayıt və Xızı seçiciləri deyirlər ki, ölkədə manatın ucuzlaşması, əhalinin kredit, kommunal, işsizlik və başqa sosial problemləri Hacı Salayevi maraqlandırmır. Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də "Trust" Mühafizə şirkətidir.

3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var.

"Trust”un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında "Pepsi-coca cola” şirkəti də var. Millət vəkili "Lake Palace Hotel”i tikdirib. Onun oğlu Turqut Salayev isə 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınları ilə şəhərdə meydan sulayır.

Bakının Nəsimi rayonunun keçmiş başçısı, hazırda 109 saylı Balakən seçki dairəsinin deputatı Məhəməliyev Nəsib Məhəmməd oğlu seçiciləri tərəfindən axtarışa verilib. Onu parlamentin iclaslarında çıxış edən görən də olmayıb.

Di gəl ki, 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən "Əlibaba” dönərxanası və ona bitişik aptek, "Moskva” univermağının yaxınlığında 6 mərtəbəli "Modera” mebel salonunun binası, Mir Cəlal küçəsində "Leyla” şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə, Mir Cəlal küçəsi 63-də "Assorti” restoranı var.

Habelə, "Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar, "Əcəmi” metrosunun yaxınlığında “Bakcell” və onun yanında "Azercell” dükanları var. Cavadxan küçəsi 26-da "Ideal” ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek deputat aid olduğu bildirilir.
Tarix: 25-10-2018, 22:34
Xəbəri paylaş





Xəbər lenti