"Vor v zakone" Trabzonda həbs edildi- "Batumskiy" MDB-nin ən nüfuzlu kriminal avtoritetlərindəndir


Batumlu Lavasoğlu ələ keçdi

MDB-dəki “oğru dünyası”nın məşhur avtoriteti, gürcüstanlı mafiya lideri Mindia Qoradze Türkiyənin Trabzon vilayətində da yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, transmilli mütəşəkkil cinayətkar dəstə yaratmaqda təqsirləndirilərək İnterpol xətti ilə axtarışda olan M. Qoradzeni Trabzon polisi həbs edib.

Ondan silah-sursat götürülüb.

“Oğru dünyası”nda “Batumlu Lavasoğlu” ("Lavasoqli Batumksiy") ləqəbi ilə tanınan Mindia Goradze Gürcüstanda törətdiyi cinayətlərə görə İnterpol tərəfindən axtarışda idi.

Qeyd edək ki, Mindia Goradze 2015-ci ildə Moldovada yaxalanaraq, ölkədən deportasiya edilibmiş.


Tarix: 25-10-2018, 23:22
Xəbəri paylaş





Xəbər lenti